Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Ramil Usubov polislərə tapşırıq verdi

Media24.az      19 Yanvar 2017, 18:55

Yanvarın 19-da daxili işlər naziri, general-polkovnik Ramil Usubovun iştirakı ilə Bakı Şəhər Baş Polis İdarəsində 2016-cı ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Media24.az-a verilən məlumata görə, nazir qeyd edib ki, ötən il Bakı şəhəri, eləcə də ayrı-ayrı rayonlar üzrə əməliyyat şəraiti kompleks təhlil edilib, cinayətkarlığın dinamikasında əsas təmayüllərin, neqativ proseslərin və dəyişikliklərin öyrənilməsi əsasında qarşılıqlı əlaqələrin təkmilləşməsinə, əməliyyat-xidməti fəaliyyətin səmərəsinin artırılmasına dair təkliflər hazırlanaraq icraya yönəldilib.

Beynəlxalq və respublika əhəmiyyətli çoxsaylı kütləvi tədbirlərdə, xüsusən “2016 Formula-1 üzrə Avropa Qran Pri” yarışlarında asayişin mühafizəsi daha da gücləndirilərək mümkün təxribat hallarının, o cümlədən qanunsuz aksiyaların qarşısının vaxtında alınması üçün bütün zəruri tədbirlər həyata keçirilib.

Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov hesabat dövründə cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmini, xidməti fəaliyyətin digər istiqamətlərində həyata keçirilmiş tədbirlər, əldə olunmuş nəticələr və qarşıda duran vəzifələr barədə məruzə edib.

Məruzə ətrafında çıxış edənlər əldə olunmuş müsbət nəticələrdən, həmçinin yol verilmiş nöqsan və çatışmazlıqlardan, onların aradan qaldırılması üçün görəcəkləri tədbirlərdən danışıblar.

Müşavirəyə yekun vuran nazir 2016-cı ildə paytaxtın polis orqanlarının cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsindəki fəaliyyətini ümumən müsbət qiymətləndirib, konkret tapşırıq və tövsiyələrini verib.

R. Usubov Baş İdarənin və onun struktur qurumlarının rəislərindən əməliyyat-profilaktik işin səmərəliyinin artırılmasını, cinayətlərin qarşısının alınmasında, bağlı qalmış cinayətlərin açılmasında aşağı göstəriciləri olan ərazi polis orqanlarına əməli köməklik göstərilməsini, istintaqın fəaliyyətinin hərtərəfli yaxşılaşdırılmasını, Bakı şəhəri üzrə qeydə alınmış cinayətlərin böyük əksəriyyətinin mülkiyyət əleyhinə olması baxımından gələcəkdə bu sahədə daha effektli tədbirlərin görülməsini, narkotik vasitələrin və psixotrop maddələrin, xüsusən onların güclü təsirə malik növlərinin qeyri-leqal dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsini, qanunsuz saxlanılan silahların əməliyyat yolu ilə yığılmasını tələb edib.

O da nəzərə çatdırılıb ki, fəaliyyətin təkmilləşdirilməsinə, analitik işin, idarəçilik və təşkilatçılıq fəaliyyətinin günün tələbləri səviyyəsinə yüksəldilməsinə, icra və xidməti intizamın daha da möhkəmləndirilməsinə yönəlmiş tədbirlər ciddi nəzarətdə saxlanılmalı və cari il ərzində də daha səmərəli şəkildə davam etdirilməlidir.

Xüsusi qeyd olunub ki, əməkdaşlar şərəfli polis adını, dövlətin və vətəndaşların mənafelərini daim uca tutmalı, etik davranış qaydalarına ciddi riayət etməli, hər birinin fəaliyyətində başlıca məqsəd vətəndaş məmnunluğunun təmin edilməsi olmalıdır.

Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla