Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

“Quran”ı cıran şair: 9 il namaz qılmışam

Media24.az      9 Fevral , 15:08

Gənc şair Eminquey Akif “Quran” kitabını cırması ilə məsələyə aydınlıq gətirib.

 

Media24.Az xəbər verir ki, o, sosial media hesabında dini xürafata çevirənləri lağa qoyduğunu deyib:

 

““Quran” da o biri kitablar kimi adi mətbəədən çıxır, eyni materialdan hazırlanır. İllərlə “Quran” kitabını evinin gündəyməz yerində saxlayan adamlar indi ortaya çıxıblar ki, “Quran”ı cırmaq olmaz. “Quran”ı da bütün kitablar kimi dəstəmazsız, qüsulsuz, çox rahat şəkildə oxumaq olar. Hətta yadınızda qalsın deyə hansısa vərəqini qatlaya da, qeydlər apara da bilərsiniz. Nəinki onu evin bir küncünə qoyub müqəddəs deyə ondan uzaq düşmək.

 

Mən statusda “Quran”ı səhvən və ya qəsdən cırdığımı qeyd etməmişəm. Bununla belə heç kim soruşmadan  birmənalı fikir yürüdür. Necə ola bilər ki, “Quran”ın səhifəsini cıran adam onun içindəki ayələrdən birini də oxumasın. Ümumiyyətlə, mən evimizdə olan ərəbcədən və dörd növ tərcümədən ibarət “Quran” kitabının heç bir vərəqini belə cırmamışam. Demək istədiyim odur ki, kitabdan qorxmaq lazım deyil.

 

Mən özüm 9 il namaz qılmışam. Atam da namaz qılan olub, anam da namaz qılır. Mən heç biri inanclı insanı təhqir etməyi düşünmürəm. Çünki özüm də inanclı adamam. Mən yalnız dini xürafata çevirənlərlə məzələnə bilərəm. Necə ki, bizdən qabaqkı yazıçılar da kifayət qədər tənqid ediblər.

 

İnsanın içində qorxu yoxdursa, apar tulla. Amma bu qorxu bəndələrdən deyil. Allah “Quran”da buyurur: Heç kimin önündə əyilmə, həmişə özünü dik tut. Yəni onlar da sənin kimi insandırlar. Onları da Allah yaradıb. İnsanlardan niyə qorxmalıyam ki?”

Загрузка...
loading...
Loading...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla