Ana səhifə   |   Astrologiya    |   Reklam
+99451 920-50-20     [email protected]    

Ermənistanın təxribatına nazirlikdən ETİRAZ

Media24.az      19 Yanvar 2017, 18:09

Mədəniyyət və Turizm Nazirliyi Ermənistanın təxribatı ilə bağlı “Fitur-2017” turizm sərgisinin təşkilatçılarına etiraz məktubu göndərib.

Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov məlumat verib.

Şöbə müdiri qeyd edib ki, il ərzində mədəniyyət və turizm mövzusunda olan beynəlxalq tədbirlərdə erməni tərəfi təxribatlara əl atıb: “Mütəmadi olaraq Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həm beynəlxalq təşkilatlara, həm tədbirlərin təşkilatçılarına bu halların qarşısının alınması üçün əvvəlcədən müvafiq müraciətlər ünvanlanır. Bu faktla bağlı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ümumdünya Turizm Təşkilatında keçirdiyi rəsmi görüşlər zamanı öz narahatlığını ifadə edib”.

Nazirlik rəsmisi bildirib ki, Beynəlxalq Turizm Təşkilatının tanınmamış ərazilərin təbliğ edilməməsi ilə bağlı müvafiq qərarı var.

Qeyd edək ki, Madriddə keçirilən ənənəvi “Fitur-2017” beynəlxalq turizm sərgisində Ermənistan Dağlıq Qarabağdakı separatçı rejimin təbliği məqsədilə stend nümayiş etdirir. (apa)

Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99451 920-50-20

Bağla