Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Böyükağa Hacıyevin son durumu: palataya nə vaxt köçürüləcək?

Media24.az      9 Fevral , 13:10

Elə indicə həkimlərlə danışdıq. Böyükağa müəllimin hazırkı durumu haqda bizə məlumat verdilər.

 

Media24.Az xəbər verir ki, bu sözləri apasport.az saytına açıqlamasında Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.

 

Mərkəzi Klinik Xəstəxanada ürəyindən əməliyyat olunan "Neftçi"nin sabiq baş məşqçisi Böyükağa Hacıyev hazırda reanimasiyadadı. "Ağ-qaralar"ı Avropa Liqasının qrup mərhələsinə çıxararaq, Azərbaycan futbolunda ilkə imza atmış mütəxəssis növbəti həftəyə kimi indiki şəraitdə həkim nəzarətində qalacaq.

 

Sadıqovun sözlərinə görə, Hacıyev bazar ertəsi palataya köçürüləcək: "Əsas odu ki, əməliyyatı uğurlu keçib. Növbəti həftənin ilk günü onu palataya köçürəcəklər. Məhz həmin tarixdə müalicə prosesinin Mərkəzi Klinik Xəstəxana, yoxsa başqa yerdə davam etdirilməsinə qərar veriləcək. İkinci dəfə ürək əməliyyatına isə ehtiyac yoxdu".

 

Məşqçilər Komitəsinin sədri bildirib ki, Hacıyev beynindəki şişlə əlaqədar, hələ Moskvaya aparıla bilməz: "İndiki məqamda əsas məsələ qarşıdakı 2 ay ərzində ürəyin normal fəaliyyətini bərpa etməkdi. Bundan sonra digər problemə diqqət ayrılacaq". 

Загрузка...
loading...
Loading...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla