Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Sevgilisinin qəfil ölüm xəbərini alan tanınmış aktyor: “Can, can Zərnigar! Sənə qurban olum...”

Media24.az      9 Fevral , 12:50
Sevgilisinin qəfil ölüm xəbərini alan tanınmış aktyor: “Can, can Zərnigar! Sənə qurban olum...”

“Bu səhər həyatımın ən ağır xəbərini aldım. Kaş ki, bu xəbər yalan olaydı...”

 

Media24.Az xəbər  verir ki, bunu aznews.az-a açıqlamasında Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist, vaxtilə Zərnigar Ağakişiyevanı dəlicəsinə sevən Məcnun Hacıbəyov deyib. Sevdiyi qadının evdə tənha şəkildə ölməsi xəbərini alan aktyor göz yaşını saxlaya bilmədi:

 

“Can, can Zərnigar! Sənə qurban olum... Axı niyə belə etdin?.. Zərnigarla bir kənddənəm, onu məndən yaxşı kimsə tanıya bilməz. Yazığın heç kimi yoxdur. Tənha bir qadın... anası da çoxdan rəhmətə gedib. Ailə qurmadı... Mənim onu sevməyim isə uzun söhbətdir. O, xəstəxanada olanda hər gün yanına gedib, baş çəkərdim. Saatlarla dərdləşərdik. Çox heyif, ayaqlarım işləmir, gəzə bilmirəm. Mənim dilimdən ona başsağlığı verin. Deyin ki, məni bağışla, Zərnigar, Məcnun sənin dəfninə gələ bilməyəcək”.

 

Qeyd edək ki, xalq artisti Zərnigar Ağakişiyeva 72 yaşında dünyasını dəyişib. Tanınmış aktrisanın meyiti Bakıda yaşadığı mənzildə FHN xilasediciləri tərəfindən aşkarlanıb.

Загрузка...
Ən çox izlənənlər

Son 12 saatda yüklənən xəbər yoxdur

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla