Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Telman İsmayılova 9 milyard borc “yüklədilər”

Media24.az      9 Fevral , 09:59

Moskva Arbitrajı kreditorların biznesmen Telman İsmayılova qarşı təxminən 9 milyard rubl borc tələbini reyestrə daxil edib.

 

Media24.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə  RAPCİ xəbər yayıb.

 

Materiallara əsasən, 8,9 milyard rubl olan borc "Cesaria Limited" şirkəti qarşısında reyestrə daxil edilib.

 

Xatırladaq ki, daha əvvəl biznesmenin ümumi borclarının 135 milyard rubl həcmində olduğu bildirilirdi.

 

Sahibkar Telman İsmayılov bir neçə il əvvəl Rusiyanın ən zəngin biznesmenlərinin siyahısında idi. 2009-cu ildə o öz əsas aktivinin, paytaxt Moskvanın kiçik topdansatış ticarətinin ən böyük bazarı sayılan "Çerkizovski"nin  fəaliyyəti ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müxtəlif irad və iddialarla qarşılaşdı. Sanitar nəzarəti orqanları orada çoxsaylı qanun pozuntuları aşkar edəndən sonra bazar bağlandı.

 

İndi həm biznesmen, həm də ona məxsus strukturlar müflis vəziyyətindədir.

 

Bundan başqa, o, 2017-ci ilin dekabrında qiyabi olaraq qətldə ittiham edilib.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla