Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Canfəşanlıqla oğurlanan çəkicin dəyəri və cəzası… - VİDEO

Media24.az      9 Fevral , 09:42

Avtobusdan qəza zamanı şüşələri sındırmaq üçün nəzərdə tutulan 5-10 manatlıq çəkici oğurlayanlar bilmirlər ki, buna görə İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən 3 ayadak inzibati həbs oluna bilərlər.

 

Bu sözləri Media24.Az-a hüquqşünas, yol-nəqliyyat eksperti Ərşad Hüseynov 2 gün öncə əvvəlcədən əlbir olmuş bir neçə nəfərin “Bakı Bus” avtobuslarından oğurluq etməsinə münasibət bildirərkən deyib.

 

Hüquqşünasin fikrincə, qəza zamanı şüşələri sındırmaq üçün nəzərdə tutulan çəkici avtobusdan oğurlayanları anlamaq elə də asan deyil. Ekspert bildirib ki, bu çox məsuliyyətsiz bir hərəkətdir:

 

“Əvvəla, burada ictimai-mənəvi məsuliyyətsizlik var. Ümumi əmlaka, ictimai nəqliyyata ziyan vurmaq ictimai dəyərlərə hörmətsizliyin ən pis formasıdır.

 

İkincisi isə hüquqi məsuliyyətsizlikdir. Çox güman ki, bu adamların ağlına da gəlmir ki, onlar bu 5-10 manatlıq çəkicə görə İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən 3 ayadak inzibati həbs oluna bilərlər.

 

Həmçinin 160 saatdan 240 saatadək ictimai işlər növündə tənbeh ala bilərlər”.

 

Ə.Hüseynov təklif edir ki, həmin şəxsləri tapıb məhz ictimai işlərə cəlb etmək lazımdır:

 

“Hesab edirəm ki, onları məhz həmin ictimai işlərə, özü də avtobus dayanacaqlarında təmizlik işlərinə cəlb etmək lazımdır. Qoy ictimai dəyərləri sevsinlər”.

 

Qeyd edək ki, “Bakı Bus” avtobusunda baş verən hadisə 6 fevral tarixində yaşanıb. Saat 20:08 radələrində “Bakı Bus”a məxsus 99 JX 116 dövlət qeydiyyat nişanlı avtobusun qəza zamanı şüşələri sındırmaq üçün nəzərdə tutulmuş çəkici əvvəlcədən əlbir olmuş bir neçə nəfər tərəfindən oğurlanıb. Hadisə avtobusun müşahidə kamerasına düşüb.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla