Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Ukraynada “Lotu Quli” təşviş yaratdı: “Nüfuzunu artırıb”

Media24.az      8 Fevral , 16:10
Ukraynada “Lotu Quli” təşviş yaratdı: “Nüfuzunu artırıb”

Ukrayna Milli Polisi yerli kriminal dairələrdə azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) nüfuzunun artmasından narahat olub. modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Ukrayna polisinin rəis müavini Vyaçeslav Abroskin açıqlama verib.

 

“Zəmanə dəyişir. İndi “qanuni oğru”ıar fahişəlik, narkotik və silah ticarəti, oğurluq, qanunsuz miqrasiya və s. ilə deyil, həm də tikinti biznesi, əmlak məsələləri, dövlət satınalmaları ilə də maraqlanır”.

 

Abroskin Lotu Qulini müasir qanqster adlandırıb.

 

“Azad olunduqdan sonra Nadir Səlifov Ukraynaya da öz təsirini yayır. Meyvə-tərəvəz anbarlarında çalışan erməni və ukraynalı şəxslər oğurlanıb. O, MDB məkanındakı göyərti bazarını ələ almaq istəyir. Bu xırdalıq kimi görünsə də, söhbət böyük pullardan gedir”.

 

Abroskin “Lotu Quli”nin Ukraynaya ayaq açmaması üçün çalışacaqlarını deyib.    

Загрузка...
Ən çox izlənənlər

Son 12 saatda yüklənən xəbər yoxdur

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla