Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Markizio: "A Seriyasında "Yuventus"dan başqa klubda oynamaram"

Media24.az      8 Fevral , 15:15

"Yuventus"un yarımmüdafiəçisi Klaudio Markizio İtaliya mətbuatına açıqlama verib.

 

Media24.Az goal.az-a istinadən xəbər verir ki, zədədən yenicə qayıdan təcrübəli havbek, ilk olaraq gələcək planları barədə danışıb.

 

"Gələcəyim barədə tək onu demək istəyirəm ki, özümü yaxşı hiss edirəm və komanda yoldaşlarıma kömək etməyə hazıram. "Yuventus"la uzun müddətli müqaviləm var. Düzdür, futbolda öncədən danışmaq olmaz. Nəsə baş versə belə, A Seriyasında başqa klubun formasını geyinməyəcəm".

 

Markizio "qoca senyora"nın skudetto mübarizəsində ən ciddi rəqibi "Napoli" və Çempionlar Liqasında qarşılaşacaqları "Tottenhem" barədə fikirlərini də bölüşüb.

 

"Onların bir neçə ildə heyəti çox dəyişmədiyindən təcrübə və özgüvənləri artıb. Bu mövsüm Neapol klubu yaxşı təsir bağışlayır. Amma "Napoli" arasında turnir cədvəlində xal fərqimiz böyük deyil.

 

"Tottenhem"lə ötən yay yoldaşlıq oyunu keçirmişdik. Harri Keyndən başqa onların heyətində fiziki və texniki cəhətdən güclü oyunçular var. Şübhəsiz, bizə asan olmayacaq. Amma qol buraxmamaqla çox işi birinci oyunda etməliyik".

Загрузка...
loading...
Loading...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla