Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

20 Yanvar : 27 il gün üzünə çıxmayan “Kardeş acısı” – Video

Media24.az      19 Yanvar 2017, 16:40

27 il öncə yaşadığımız 20 Yanvar faciəsi ilə bağlı yeni görüntülər üzə çıxıb.

 

 

Musavat.com-un verdiyi məlumata görə, görüntülər faciənin yaşandığı günlərdə Türkiyədə çəkilsə də, bir sıra səbəblərdən bu günədək yayımlanmayıb.

 

Faciəni yaşadığımız günlərdə soydaşlarımızın məskunlaşdığı Türkiyənin İqdır şəhərində Azərbaycanın acısına şərik olmaq və müstəqillik mübarizəsinə dəstək üçün irimiqyaslı mitinq keçirilir. İndiyədək yayımlanmayan bu mitinqin görüntülərini İstanbulda fəaliyyət göstərən “DorukMedya” şirkəti gündəmə gətirib. Şirkətin, 27 il yayınlamayan bu görüntülərdən ibarət hazırladığı “Qardaş Acısı” sənədli filmi bu gecədən yayımlanacaq.

 

Məsələ ilə bağlı açıqlama verən şirkətin rəhbəri Hüseyn Atam bildirib:

 

“Azərbaycanın müstəqillik mübarizəsini öz mübarizələri hesab edən iqdırlılar o zamankı məhdud imkanları ilə “20 Yanvar”qətliamına qarşı səslərini ucaltdılar. İqdırlıların“20 Yanvar” qətliamı ilə bağlı 1990-cı ildə gerçəkləşdirdiyi, İqdır tarixinin ən izdihamlı mitinqi olan bu aksiyanın görüntülərindən yola çıxaraq “Qardaş Acısı” adlı sənədli filmi hazırladıq. Eyni zamanda bu filmin işlənməsində əsas hədəflərdən biri də bu görüntülərin tarixdə fiksəedilməsidir. Məhz bu məsuliyyətlə işlədiyimiz “Qardaş Acısı” adlı sənədli filmi bu gün və sabah Azərbaycan və Türkiyə kanallarında yayımlanacaq. Bir daha əziz Azərbaycan xalqına faciə münasibətilə başsağlığı verir, 27 il boyunca olduğu kimi, bu gün də bacı-qardaşlarımız kədərlərinə şərik olduğumuzu bildiririk”.

 

“Qardaş Acısı” adlı sənədli film 19 yanvar 2017-ci il tarixdə Bakı vaxtı ilə saat 23.00-da Azərbaycanın “İnteraz” kanalında, 20 yanvar 2017-ci il tarixdə (cümə günü) isə Bakı vaxtilə saat 23.00-da (İstanbul saatı ilə 22.00-da) Türkiyənin “On4” TV kanalında yayımlanacaq.

 

Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla