Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Şabranda tapılan yanmış kişi meyitinin kimliyi məlum oldu

Media24.az      7 Fevral , 19:00

Şabran rayonu ərazisində tapılan yanmış kişi meyitinin şəxsiyyəti məlum olub.

 

Media24.Az APA-ya istinadən xəbər verir ki, yanvarın 27-də Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində, yoldan 300 metr aralıda yanmış meyiti tapılan şəxsin Binəqədi rayon sakini, 1945-ci il təvəllüdlü Mahmudov İlyas Qara oğlu olduğu müəyyən edilib. Həmin şəxs 22.01.2018-ci il tarixindən itkin düşmüş şəxs kimi qeydiyyatda olub.

 

Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Meyitin ilkin xarici müayinəsi zamanı üzərində zorakılıqla qətlə yetirilməyə xarakterik xəsarətlər və ya xəsarət izləri aşkar edilməyib.

 

Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla