Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Musiqili Teatrda “Gəncliyin səsi” - FOTO

Media24.az      7 Fevral , 17:17
Musiqili Teatrda “Gəncliyin səsi” - FOTO

Azərbaycan Dövlət Musiqili Teatrında “Gəncliyin səsi - 2018” festivalının bağlanış mərasimi keçirilib.

 

Qurumun mətbuat xidmətindən Media24.Az-a bildirilib ki, ənənə halını alan festival Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı ilə reallaşıb.

 

Tədbir iştirakçıları əvvəlcə Bakı Turizm Peşə Məktəbinin, Azərbaycan Turizm və Menecment Universitetinin tələblərinin və “ASAN könüllüləri” Mədəniyyət Mərkəzinin gənc üzvlərinin əl işlərindən ibarət fotosərgi ilə tanış olublar.

 

Festival çərçivəsində 5 saylı Bakı Asan xidmət mərkəzinin könüllülərinin təqdimatında Emin Sabitoğlu və Tamara Vəliyevanın “Bankir adaxlı” tamaşasının premyerası nümayiş olunub. Məişət mövzusuna toxunulan, müasir cəmiyyətimizdə öz aktuallığını daim qoruyub saxlayan və hər birimizin həyatımızda sıx rastlaşdığımız problemləri əks etdirən bu ikihissəli tamaşa “ASAN könüllüləri”nin ifasında maraq doğurub.

 

Gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, əldə etdiyi nailiyyətlərin dəstəklənməsi, yeni simaların aşkar olunması məqsədi daşıyan “Gəncliyin səsi” festivalının sonunda bir qrup istedadlı gənclər mükafatlandırılıb.

 

Media24.Az

Загрузка...
Ən çox izlənənlər

Son 12 saatda yüklənən xəbər yoxdur

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla