Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Maşının üstünə reklama görə çıxıbmış... -FOTO

Media24.az      6 Fevral , 15:34

Ötən gündən etibarən maşının üstünə çıxaraq rəqs edən qız sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan birinə çevirilib. Gənc xanım Cavanşir körpüsünün üstündə müğənni Nur Cəfərlinin adına olan "Hyundai" markalı maşının üstündə şou göstərib və yol hərəkəti qaydalarını pozub.

 

Media24.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, sosial şəbəkələrdə bu videonun PR məqsədi ilə çəkildiyi iddia olunub.  Müğənni Nur Cəfərli prodüseri ilə videonun fonunda səslənən "Nəyinə gərək" mahnısının reklamı üçün bir ideya düşünüb. İfaçının köməkçisi bununla bağlı rəqqasə ilə danışıqlar aparıblar və gözlənilən "şou" baş tutub.  Onlar həmin videonu bir neçə instaqram səhifələrində paylaşılmasına nail olublar.

 

Lakin N. Cəfərli videonun belə səs-küy yaradacağını bilməyib və saytların məlumatından, Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevin açıqlamasından və rəqs edən xanımın idarəyə dəvət olunmasından narahatçılıq keçirib və qorxuya düşüb.

 

"Qafqazinfo" mövzu ilə bağlı Nur Cəfərli ilə əlaqə saxlamağa çalışıb. İfaçı bu barədə hələ açıqlama vermək istəmədiyini deyib:

 

"Hələ bu barədə açıqlama verməyəcəm. Özüm sizə zəng vuraraq məlumat verəcəm".

Загрузка...
loading...
Loading...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla