Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

“Bəxt üzüyü” xalq artisti ilə İmanov qardaşlarını üz-üzə qoydu: “Onları hamının yanında…”

Media24.az      18 Yanvar , 16:56

Xalq artisti Ramiz Əzizbəyli tərəfindən ekranlaşdırılan “Bəxt üzüyü”nün davamı çəkilib. “Planet Parni iz Baku” komandası tərəfindən ərsəyə gətirilən filmdə xalq artistləri Afaq Bəşirqızı, Valeh Kərimov, Rafael Dadaşov, əməkdar artistlər Tahir-Cabir İmanov qardaşları və başqaları rol alıb.

 

Yenicag.az xəbər verir ki, “Planet Parni iz Baku” komandasının Ramiz Əzizbəylidən xeyir-dua almaması qarşı tərəfin xətrinə dəyib. Saytımıza açıqlama verən xalq artisti incikliyini belə ifadə edib:

 

“Xəstəliklə mübarizə aparıram. Bir müddət öncə də Türkiyədə müalicə olundum. Yəni demək istəyirəm ki, başım özümə qarışıb. İndi sizdən eşidirəm ki, “Bəxt üzüyü”nün davamını çəkirlər. Tahirlə Cabir Süleyman Ələsgərov kimi böyük sənətkarın nəvələridir. İkisi də əjdaha oğlandı. Amma mənə nə zəng edib, nə də yanıma gəlib xeyir-dua istəməyiblər. Özləri bilər. Mən onlara etiraz edən deyildim, sadəcə xeyir-dua verəcəkdim. Çox istərdim ki, o filmə baxım, rəyimi bildirim. Premyeranın vaxtını mənə deyərsiniz, qaranlıq bir güşədə oturub filmi seyr edəcəm. Səhnəyə dəvət etsələr də, çıxmayacam, çünki şikəstəm, bu vəziyyətlə insanların qarşısına çıxmaq istəmirəm. Cabirgil bu filmi məndən yaxşı çəksələr, hamının yanında onları təbrik edəcəm. Film xoşuma gəlməsə də, onları təbrik edəcəm”.

 

Qeyd edək ki, film Tahir və Cabir İmanovların ssenarisi əsasında çəkilib, quruluşçu rejissor Ənvər Mansurovdur.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla