Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Bərdədə nişanlı müəllimənin qaçırılma səbəbi ORTAYA ÇIXDI: iş yoldaşının oğlu... - ŞOK TƏFƏRRÜAT

Media24.az      18 Yanvar , 14:04
Bərdədə nişanlı müəllimənin qaçırılma səbəbi ORTAYA ÇIXDI: iş yoldaşının oğlu... - ŞOK TƏFƏRRÜAT

Hacallı kənd bələdiyyəsinin sədri Akif Əhmədov publika.az-a açıqlamasında bildirib ki, qaçırılan müəllimə bu ilin sentyabr ayından kənd məktəbində işləyib:

 

“O məktəbdə işləyən 3 müəllimə ilə birlikdə kirayə qalırdı. Yaşadıqları ev məktəbin yaxınlığında idi. Dünən günorta saatlarında müəllimə yoldaşı ilə dərsdən çıxıb evə gedəndə yolda olarkən onu qaçırıblar. Qaçıran oğlan da bizim kəndin adamıdır. Onun anası məktəbdə ibtidai sinif müəlliməsidir”.

 

A.Əhmədov bildirib ki, qızın ailəsi polisə müraciət edib: “Qızın ailə artıq kəndə gəlib, polis də ailənin şikayəti əsasında araşdırma aparır. Qızın hara aparılması barədə heç bir məlumat yoxdur”.

_______________________

Bərdə rayonunda müəllimə zorla qaçırılıb.

 

Media24.Az APA-ya istinadən xəbər verir ki, rayonun Hacıalılı kənd məktəbinin riyaziyyat müəllimi Bərdə sakini Zeynalov Tural İlham oğlu tərəfindən qaçırılıb.

 

Məktəbdən bildirilib ki, qaçırılan qız Goranboy rayon sakinidir, Hacıalılı məktəbinə Təhsil Nazirliyinin göndərişi ilə işləməyə gəlib.

 

Hadisə ilə bağlı məktəb rəhbərliyi Bərdə Rayon Polis Şöbəsinə və qaçırılan qızın ailəsinə məlumat verib.

 

Qızın başqasına nişanlı olduğu, zorla qaçırıldığı bildirilir.

 

Hazırda rayon polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Загрузка...
Ən çox izlənənlər

Son 12 saatda yüklənən xəbər yoxdur

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla