Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Fədayə Laçının ailəsindən üzücü xəbər: "Bacısı həbs olunandan sonra..."

Media24.az      18 Yanvar , 13:54
Fədayə Laçının ailəsindən üzücü xəbər:

Müğənni Manaf Ağayevin “Hər şey daxil” verilişində qonaq olarkən həbsdə olan müğənni Fədayə Laçınla bağlı açıqlama verib. Onun ailəsinin kirayədə qaldığını və maddi cəhətdən əziyyət çəkdiyini bildirib.

 

Məsələ ilə bağlı İlahə Fədayla əlaqə saxladıq. O saytımıza açıqlamasında bu barədə danışmaq istəmədiyini deyib.

 

Fədayə Laçının vəkili Türkel Süleymanlı Yenicag.az-a açıqlamasında həbsdə olan müğənninin ailəsinin maddi durumunun həqiqətən də ağır olduğunu bildirib:

 

“Bilirəm ki, Fədayə Laçının ailəsi kirayədə yaşayır. Maddi durumları çox ağırdır, hətta kommunal xərcləri belə ödəyə bilmirlər. Fədayə xanımın anasının da sağlıq durumunda problemlər var. Evdə yalnız İlahə Fəda işləyidi. O, restoranlarda şou-proqramlarda çıxış edib, ailəsinə kömək edirdi. Bacısı həbs olunandan sonra onu da restoranlardan, şadlıq evlərindən uzaqlaşdırıblar. Deyirlər ki, bizə problemli adam lazım deyil. Bu düzgün hərəkət deyil. Sonra da deyirik ki, biz “əltutan”, xeyirxah xalqıq. Bu ailənin maddi durumu çox ağırdır və onlara əsaslı şəkildə kömək edən yoxdur”.

Загрузка...
Ən çox izlənənlər

Son 12 saatda yüklənən xəbər yoxdur

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla