Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Əlillik 3 kateqoriyaya əsasən veriləcək - VİDEO

Media24.az      16 Yanvar , 21:19

Xəstəliyə görə hərbi xidmətdən buraxılmış hərbçilərə əlilliyin müəyyən edilməsi proseduru müəyyənləşib. Təlimata əsasən, şəxslərə hərbi xidmətlə əlaqədar əlillik 3 kateqoriyaya əsasən veriləcək. Hətta hərbi xidmətdə olarkən müxtəlif viruslara yoluxmuş şəxslərdə qalıcı fəsadlar aşkarlanarsa, onlara da əlillik dərəcəsi verilə biləcək.

 

"Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat" təsdiqlənib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətindən məlumat verilib.

 

Xidmətin rəis müavini Gülnarə Hacıyevanın verdiyi məlumata görə, yanvarın 12-də qüvvəyə minmiş təlimatda əlillik dərəcəsinin hansı hərbi qulluqçulara veriləcəyi konkretləşdirilib.

 

Təlimatda əlillik dərəcəsinin verilməsi üçün bəzi yeni bəndlər də əlavə edilib.

 

Əlillik dərəcəsi almaq üçün Hərbi-həkim ekspertizasından müvafiq sənədləri alan şəxs yaşadığı ərazi üzrə tibb müəssisəsinə müraciət edir. Orda tərtib edilən sənəd Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə göndərilir və ekspertlər tərəfindən vətəndaşla birbaşa əlaqə olmadan əlillik dərəcəsi təyin edilir.

Загрузка...
loading...
Loading...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla