Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Qaynanasından Sevdaya misli görünməyən söyüşlər: "Fahişə, balaların ölsün, ananın qəbrinə ..." / FOTOLAR

Media24.az      16 Yanvar , 15:03

Tanınmış ifaçı Sevda Sanaliyeva 4 ildir susmasına baxmayaraq, hələ də qaynanası onu və oğlunu danışdırmır, hətta bu küsülülük düşmənçilik həddinə belə çatıb. Söyüş, təhqir, qarğış ... Qaynanası ifaçıdan tələb edir ki, oğlumdan boşan mən də səndən əl çəkim. Bütün bunları xəbərçi.az-a çarəsiz qalan ifaçı "qaynananızla vəziyyət düzəldimi" sualımıza cavab olaraq danışıb:

 

"Mənim uşaqlarımı, anamı söyür. Necə vəziyyət düzələ və ya necə bu cür söyüşləri ona bağışlamaq olar? İnsan da öz nəvələrini qarğış edib söyərmi? Hər dəfə "blok"a atıram, təzə profil açır, yenə söyür ... Mən özüm atasız böyümüşəm. Heç kəsi atasız qoymaram. Dəfələrlə həyat yoldaşıma demişəm, hətta özüm zəng edib xahiş etmişəm onlardan ki, birinci nikahdan olan uşaqları ilə yoldaşımın görüşməsinə icazə versinlər. Uşaqlardan Cəmili evə qaytarmaq üçün silah kimi istifadə edirlər. Hər dəfəsində cavabım söyüş, təhqir olub. Dəfələrlə susdum, danışmadım, böyükdür deyə hörmət etdim, həm də düzü Cəmilə görə susdum. Amma əl çəkmirlər. Mən anamla nəfəs alırdım, hər dəfə zəif yerimi bilirlər deyə, anamı söyürlər. Mən ailə dağıtmamışam, sadəcə boşandıqdan sonra Cəmil məni sevib, evlənmişik, amma illərdir bu hədə-qorxu, söyüş, təhdid bitmir. Hər kəs deyir səbr et, artıq səbrim tükənib. Övladlarım hər gün məni ağlayan vəziyyətdə görür . Bir ana, qaynana necə ölən insanı belə söyə, təhqir edə bilər axı ?! Təbii ki, hüquq mühafizə orqanlarına müraciət edəcəm. Evlənmişik, iki övladımız var, nədir axı məqsəd ki, bizi biabır etmək istəyir, gözdən salmaq istəyir?! Mənim yaşadıqlarımı heç düşmənə belə arzulamıram ".

 

Sevda Sanaliyeva dediklərini faktlarla sübut edib. Xəbərçi.az-a təqdim olunan mesajların fotosunu təqdim edirik:

Загрузка...
loading...
Loading...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla