Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

"2 il küsülü qaldıq, gözləyirdim ki, Əli nə vaxt səhvini başa düşəcək"

Media24.az      15 Yanvar , 21:26

Əməkdar mədəniyyət işçisi, Sənətşünaslıq elmi üzrə fəlsəfə doktoru aşıq Samirə Əliyeva və aşıq Əli Tapdıqoğlunun Milli.Az-a müsahibəsi.

 

- Xoş gördük sizi. Həmişəki kimi yenə də birlikdəsiniz. Necəsiniz?

 

- Aşıq Samirə - Sizi də xoş gördük.Yeni ildə yeni mahnılarla, yeni çıxışlarla həmişəki kimi yenə də bir yerdə olacağıq.

 

- Aşıq Əli - Mən demişəm də, o məndən əl çəksə də mən ondan əl çəkməyəcəyəm (gülür). Musiqi baxımından da deyirəm ki, bizim gördüyümüz işlərin özümüzə xeyri var ki, ziyanı yoxdur. Bu məncə tamaşaçılara da çox xoş gəlir. Təvazökarlıqdan uzaq da olsa deyim ki, aşıqlıq sənətinin iki üzdə olan simalarıyıq. Mən özümü də qoyuram bir kənara, əsas Samirə xanımdır ki, həm bir müəllim, bir pedaqoq, bir musiqiçi kimi bütün janrları bilir. Bəzən deyirlər ki, aşıqsansa başqa janrda oxuya bilməzsən! Niyə? Nə səbəbə? Əgər oxuduğunu tamaşaçıya mükəmməl dərəcədə çatdıra bilmirsənsə oxuma. Yox əgər tamaşaçılara aşılaya bilirsənsə, oxu! Biz çalışırıq ki, əlimizdən gələni xalqımıza çatdıraq.

 

- Birlikdə duet oxumağınız da bir çox həmkarlarınız tərəfindən birmənalı qəbul olunmadı.

 

- Aşıq Samirə - Anamın bir yaxşı sözü var, deyir ki, "hərə öz arşını ilə ölçür". Hərəsi öz arşını ilə ölçür də. Bizi gözləri götürməyənlər qısqanclıqla yanaşır. Başqa-başqa şayiələr yayırlar. Gözü götürənlər "ay, nə yaxşı deyir". Ürəyi istəyənlər el məclislərinə dəvət edir. Bunlar nə xoş bizə! Bu gün aşıq Əli ilə aşıq Samirə tədbirlərə dəvət olunursa, biz harasa bərabər gedib oxuyanda insanlardan hörmət və sayğı görürüksə, deməli ki, bizdə nəsə alınır. Əli demişkən bir-birimizdən əl çəkən deyilik (gülür). İnşallah ki, bu belə də davam edər.

 

- Deyirlər ki, Samirə aşıq Əlini digər qadın həmkarları ilə duet oxumağa qoymur. Həqiqətən bu belədir?

 

- Qoymur ee özü də (gülür). Ümumiyyətlə biz qərar vermişik ki, nə mən öz həmkarlarımla oxuyum, nə də ki, Əli. Niyə? Əstağfrullah, bu onlara qarşı olunan hörmətsizlik deyil. Yaxud da onları bəyənməmək deyil. Sadəcə istəyirik ki, Əlini görəndə Samirə yada düşsün, Samirəni görəndə Əli. Çünki biz bir-birimizi tamamlayırıq.

 

- Nə vaxta kimi uzun ömürlü olacaq duetləriniz?

 

- Aşıq Samirə - İndi nə vaxta kimi gedər-gedər də.

 

- Aşıq Əli - Şükür Allaha indiyə kimi böyük bir söz-söhbətimiz olmayıb. Təbii ki, söz-söhbətlər olur. Bu da mənim azacıq məsuliyyətsizliyimdən irəli gəlir ki, Samirə xanım bunu görəndə əsəbləşir. Yaxud da hansısa bir parçanı məşq edib səhnəyə çıxırıq, görürük ki, unutqanlıq olur. Bundan sonra mübahisə olur. Hətta bəzən qərar veririk ki, bundan sonra oxumayacağıq (gülür).

 

- Aşıq Samirə: Aşıq Əli mənimlə həmişə gecikməyimə görə dalaşır. Deyir ki, bu evdən bir az tez çıx da (gülür).

 

- Aşıq Əli: Yox sağ olsun, 2 saat ən azı Samirə xanımı gözləməsəm özüm də narahat oluram (gülür).

 

- Əslində bunu heç bir kişi həmkar qəbul etməz, Samirə xanım...

 

- Aşıq Samirə: Xeyr, bu kimi hallar bir-iki dəfə olub. Aşıq Əli artıq səmtini tapıb.

 

Hansısa toy məclisində yaxud efirdə saat 7-də olmalıyıqsa, mənə deyir ki, saat 6-da dəvət ediblər. O bilir ki, mən gecikəcəyəm. Sonra mən deyirəm ki, nə yaxşı vaxtında gəlmişik. Mənə bu zaman deyir ki, saat 7-də dəvət etmişdilər bizi, mən özüm sənə saat 6 dedim (gülür).

 

- Aşıq Əli: Mənim əvvəllər bir musiqiçim var idi. Ona söz deyirdim saat yarım gecikirdi. 6-da deyirdimsə, saat 8-in yarısı gəlirdi. Ona 2 saat əvvəl də desəydim yarım saat gecikirdi.

 

- Deyirlər ki, Samirənin toyları azalıb deyə Əli ilə birləşib...

 

- Təki Aşıq Əliyə möhtac olum. Əli əzizimizdir, sənət yoldaşımızdır. Bizim ocağımız ayrı deyil. Biz bir tikəni qazanıb yarı bölürüksə, deməli biz doğmayıq. Sabah mən möhtac olaramsa, buna da pis baxmaram. Amma hələ ki, elə bir şey yoxdur.

 

- Aşıq Əli: Bu möhtaclıq yoxdur. Sadəcə insanlar məclisə bizi birlikdə dəvət edirlər. Heç kim heç kimin çörəyinin dalınca getmir.

 

- Aşıq Samirə: Əslində biz hər ikimiz qazanmışıq. Niyə? Deyim də sizə. Aşıq Samirəni sevənlər Aşıq Əlinin sənətinə bəlkə də bələd deyildilərsə, bu gün onu tanıyıb sevdilər. Aşıq Əlini sevənlər də bu gün mənim sənətimə daha yaxından bələd oldular. Mən onların sevgisini gördüm. Biz əksinə kütləni böyütmüşük.

 

- Aşıq Əli: Mən bizi istəməyənlərə demək istəyirəm ki, narahat olmayın. Rahat olun ki, biz ömür boyu bir yerdə olub, ifalarımızı davam etdirəcəyik. Söz bizim aramıza girə bilməz. Kim nə danışır özü üçün danışır. Biz o danışan insanlara fikir vermirik.

 

- Qazandığınız pulu bəs necə bölüşdürürsünüz?

 

- Maraqlısı budur ki, pulu Samirə özü alır. Özü bölür pulu. Bir gün üstü açılanda artıq hər şeydən xəbərim olacaq (gülür).

 

- Aşıq Samirə: Bizim xoşbəxtliyimiz ondadır ki, Əlinin də, mənim də gözüm toxdur. Mən heç vaxt münasibəti pula görə satıb, korlayan deyiləm. Puldur da, Allaha min şükür qazanırıq. Qazandığımızı da ata malı kimi bir bölürük.

 

- Samirə xanım, adətən deyirlər ki, qadınlar unutqan deyil. Amma görünür, siz çox unutqansınız. İllər öncə Əli ilə aranızda böyük qalmaqal olmuşdu.

 

- Əslində bu böyük qalmaqal deyildi! Bəli, etiraf edim ki, Əlidən incimişdim. Amma çox küsülü qala bilmədim.

 

- Aşıq Əli: O küsülülük saxladı, mən yaxınlaşıb barışdım (gülür).

 

- Neçə il küsülü qaldınız?

 

- Aşıq Samirə: 2 il küsülü qaldıq. İncimiş olsam da belə aramızda olan haqqı salamı kəsmədik. Amma münasibət soyuq idi. Əlinin böyüklüyü onda oldu ki, özü yaxınlaşıb barışdı. Mən sülh tərəfdarıyam. Kimdən uzaqlaşıram daha sonra o adamı dost kimi saxlayıram.

 

- Aşıq Əli: Bir məclisdə idik, bütün aşıqlar da orada idi. Samirə xanım gəlib bütün aşıqlarla görüşdü, mənə çatanda əl verib görüşüb öpüşmədi. Bu bir az mənə xoş gəlməmişdi. Özüm addım atdım və barışdım.

 

- Aşıq Samirə: Mən bilirdim ki, burada araqarışdıranlar var idi. Bu başqa insanların planı idi, Əlilik burada bir şey yox idi. Ona görə də çox üstünə getmədim. Gözləyirdim ki, görüm bu nə vaxt səhvini başa düşəcək (gülür).

 

- Aşıq Əli: Qardaş, hər şey yaxşıdır, hər şey əladır (gülür). Siz deyəsən bizi ikinci dəfə də küsdürmək istəyirsiz (gülür). Əsas odur ki, bu gün hər şey yaxşıdır. Biz yenə də bir yerdəyik. Pislik yenə də onların özünə qaldı.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla