Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Striptiz rəqsi oynayan robotlar hazırlanıb - VİDEO

Media24.az      16 Yanvar , 00:30

Baş nahiyəsində kameralara sahib və stiptiz rəqsi edən robotlar ilin ən böyük texnoloji konfranslarından biri olan CES 2018-in maraqlı özəlliklərindən biri olub.

 

Media24.Az technote.az-a istinadən bildirir ki, Las Veqasda yerləşən Sapphire adlı gecə klubu qadınların striptiz rəqsi oynadıqları ənənəvi məkandır. Lakin bu həftə keçirilən CES 2018 konfransı çərçivəsində həmin klub striptiz rəqsi edən robotların da olduğu gecə klubuna çevrilib. Robotlarla yanaşı adi qızlar da həmin rəqsi edirlər. Lakin İngiltərədən gətirilmiş robotların olması konfrans iştirakçılarını kluba cəlb etmək üçün nəzərdə tutulub.

 

Robotların baş hissəsində ilk baxışdan vahiməli görünən kameralar yerləşdirilib. Düzü bu cür robotların striptiz rəqsləri bir qədər ziddiyyətli hisslər oyadır. Ümumilikdə isə futuristik işıqlandırma sistemi, anatomik plastiklər və robotların örtülməmiş bəzi yerləri bütün baş verənlərə "Blade Runner" filminin koloritini bəxş edir. Gecə klubunun sahibi bildirib ki, robotların istifadəsi sadəcə olaraq yeni auditoriyanın cəlb olunması üçün nəzərdə tutulub.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla