Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Ev sahiblərini məhkəməyə verən oğrular qalib gəldilər - Məzəli faktlar

Media24.az      14 Yanvar 2017, 15:10

Dünyada baş verən elə məzəli məhkəmə hökmləri var ki, eşidincə bilmirsən qanunun bu qədər humanizmi arşısında baş əyəsən, yoxsa güləsən.Bizimyol.info maraqlı məhkəmə hökmləri barədə 3 faktı təqdim edir.

 

Bir dəfə Larri Rutman adlı amerikalı bumeranq atarkən atdığı bumeranq qayıdıb onun başını yaralayıb. Larri özü- özünə xəsarət yetirdiyinə görə özü barədə məhkəmə iddiası qaldırıb və dəymiş ziyanın ödənilməsi üçün 300 min dollar tələb edib. Məhkəmədə özü özünə qalib gələn Larri Rutmana bu məbləği sığorta şirkəti ödəyib. Larri bir müddət öncə sığorta şirkətlərindən birində özü -özünü belə məhkəmə iddialarından sığortalamışdı. Gülməli və çox ağıllı.

 

Daha bir maraqlı məhkəmə işi Fransada baş vermişdi. Mənzillərdən birinə oğurluğa girən qarətçi qaranlıda ev sahibinin evin ortasına qoyduğu kaktusun üzərinə yıxılıb və təbii ki, kaktusun tikanlarından öz nəsibini alıb. Oğrunun bağırtısına gələn ev sahibləri onu xəstəxanaya yerləşdirməli olublar. Necə deyərlər oğru elə bağırıb doğrunun bağrı yarılıb. Oğru ev sahiblərini ona vurulan maddi ziyana görə məhkəməyə verib və qalib gəlib.

Almaniyada isə daha bir oğurluq faktı oğrunun iddiasına əsasən ev sahiblərinin zərərinə başa çatmışdı. Ev sahibinin qaraına girib ordan çıxa bilməyən oğrunu bir də 1 həftədən sonra görüb ev sahibləri. Ac-susuz qalan oğru onları qarada yeməyə heç bir ərzaq saxlamadıqlarına görə məhkəməyə verib.Almaniyada hökm sürən qaydalara əsasən məhkəmə oğrunu haqlı çıxarıb. Belə- belə işlər.

 

Mənbə: bizimyol.info

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla