Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Bakıda kreditlə maşın alan kişinin başına iş gəldi

Media24.az      14 Yanvar , 12:41
Bakıda kreditlə maşın alan kişinin başına iş gəldi

Bakı sakini üzləşdiyi dələduzluq əməli ilə bağlı polisə müraciət edib.

 

Media24.Az Lent.az-a istinadən verdiyi məlumata görə, 1979-cu il təvəllüdlü Faiq Bağırov Səbail rayon Prokurorluğuna ərizə ilə müraciət edərək bildirib ki, 2013-cü ildə bankların birindən yeni aldığı "Kia Rio” markalı avtomobili girov qoyması müqabilində 13800 dollar kredit götürüb. Lakin həmin krediti ödəyə bilmədiyi üçün F.Bağırov avtomobili 2016-cı ilin avqustunda 34 yaşlı Teymur Məmmədova satıb və Yasamal rayonundakı notariusda maşını onun adına sənəndləşdirib. Avtomobili almaq üçün müəyyən məbləğdə pul verən T.Məmmədov qalan krediti ödəməyi üzərinə götürüb. Lakin bu günlərdə məlum olub ki, avtomobili alan şəxs kredit öhdəliyini yerinə yetirməyib və onu başqasına satıb.

 

Müraciət əsasında araşdırma aparılır.

Загрузка...
Ən çox izlənənlər

Son 12 saatda yüklənən xəbər yoxdur

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla