Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Yırtıcı hörümçəklərin 18 növü aşkar edilib

Media24.az      14 Yanvar 2017, 10:45

Alimlər Madaqaskar adasında yaşayan yırtıcı hörümçəklərin 20-yə yaxın növünü aşkar ediblər. Hörümçəkkimilərin əsas növü "qatil" hörümçək ailələridir.

 

Media24.Az AZƏRTAC-a istinadən bildirir ki, bu hörümçək ailəsinin yeganə qida mənbəyi öz həmcinsləridir. Bu hörümçəklərin qabarıq başı və sinəsi, iri çənəsi onların böyük məsafədən və küncdən zərbə endirməsinə imkan verir ki, bu da qutana bənzədir. Onlar öz qurbanını dişləyərək uzun çənələrinin köməyi ilə məsafədə saxlayaraq, zəhərin təsirini gözləyirlər. "Qutanabənzər" hörümçəklər bir neçə millimetr ölçüdən artıq böyümür. Buna baxmayaraq, onlar Afrika, Avstraliya və Madaqaskarda yaşayan ən təhlükəli hörümçəklərdir.

 

 

Zooloq alimlər Hanne Vud və Nikolay Skarff Madaqaskar adasında yırtıcı hörümçəklərin bu vaxtadək məlum olmayan 18 növü ilə rastlaşıblar. Bu növlər çənələrinin quruluşu və ölçüləri, qarınları üzərindəki naxışlar və bir çox digər əlamətlərə görə fərqlənirlər.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla