Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

“Həyat yoldaşının ağzından iy gəldiyi üçün boşananlar görmüşəm”

Media24.az      14 Yanvar , 05:40
“Həyat yoldaşının ağzından iy gəldiyi üçün boşananlar görmüşəm”

Dünyada hər dörd insandan biri ağız qoxusu problemi yaşayır.

 

Media24.Az medicina.az-a istinadən bildirir ki, stomatoloqlar bunun daxili orqanlardakı problemlərdən əlavə, psixoloji problemə də səbəb ola biləcəyini bildiriblər. Türkiyəli stomotoloq Şiar Atmaca qeyd edib ki, bu, insanların özgüvənini azalda bilər: "Bu problem insanların özünə olan güvənlərinin sarsılmasına səbəb olur. Hətta bu səbəbdən evliliklərin bitdiyinə şahid olmuşam".

 

Ağız qoxusunun qulaqardı edilməməsinin vacibliyini vurğulayan Atmaca, gündə ən azı iki dəfə diş fırçalanmasının mühüm olduğunu bildirib:

 

"Professional ağız gigiyenası üçün qarqara və diş iplərindən istifadə edilməlidir. İldə 2 dəfə diş həkimi müayinəsinə gedilməlidir".

 

Stomotoloq çürük dişlər qədər xroniki tənəffüs yolu problemləri və astma xəstəliyinin də pis qoxuya səbəb ola biləcəyini qeyd edib.

 

"Ağız qoxusu boğaz şişləri, ağciyər infeksiyaları, böyrək və qaraciyər çatışmazlığının xəbərçisi ola bilər", - deyə Atmaca vurğulayıb.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla