Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

DİQQƏT! Mobil telefonlar mikrob daşıyıcısıdır - VİDEO

Media24.az      13 Yanvar 2017, 22:50

Həyatımızın ayrılmaz hissəsinə çevrilən mobil telefonlar ən böyük mikrob daşıyıcısıdır.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, mütəxəssislərin tədqiqatları nəticəsində məlum olub ki, mobil telefonların üz səthindəki mikrobların sayı tualetdə olanlardan 5 dəfə çoxdur. Telefonda adətən üz səthini yalnız barmaq ləkələrindən təmizləmək üçün quru dəsmaldan istifadə olunur. Beləliklə də, telefonun korpusunda mikroblar üçün həmişə münbit şərait hökm sürür.

 

Araşdırmalar zamanı telefonun səthində xoşagəlməz xəstəliklər törədən mikroblar aşkar edilib.

 

Hətta mobil telefonlarda qızılı stafilokok bakteriyası da aşkarlanıb. Qızılı stafilakok orqanizmdə gizlənərək əlverişli şəraiti - immun sisteminin zəifləməsini gözləyir. Bu zaman o, həyat üçün təhlükəli ağciyər sətəlcəmi, endokardit, toksiki şok sindromu və sepsis kimi hallara səbəb ola bilir.

 

Həkimlər telefonu həftədə ən azı bir dəfə, mümkün olduqda isə hər gün antibakterial dəsmallarla təmizləməyi məsləhət görürlər. Mütəxəssislər də bildirirlər ki, mobil telefonun ekran və digər

hissələrini silmək üçün müxtəlif antiseptik vasitələrdən, o cümlədən də spirtdən istifadə etmək məsləhətdir. Lakin bu zaman diqqətli olmaq lazımdır.

 

Həkimlər başqasının mobil telefonundan mümkün qədər az istifadə etməyi məsləhət görürlər.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla