Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Ərəb dənizində helikopter qəzaya uğrayıb: 4 ölü

Media24.az      13 Yanvar , 21:08
Ərəb dənizində helikopter qəzaya uğrayıb: <font color=red>4 ölü</font>

Hindistanın qərb sahilləri yaxınlığında göyərtəsində 7 nəfərin olduğu helikopter qəzaya uğrayıb.

 

Media24.Az Trend-ə istinadən bildirir ki, Hindistan Hərbi Dəniz Qüvvələrinin "Twitter" səhifəsində insidentin yanvarın 13-də səhər saatlarında baş verdiyi bildirilir. Helikopterdə iki pilotdan başqa, Hindistanın neft və təbii qaz üzrə komissiyasının 5 əməkdaşı olub.

 

Helikopter havaya qalxdıqdan bir qədər sonra onunla əlaqə kəsilib. Xilasedicilər hadisədən bir neçə saat sonra Mumbay şəhərindən 50 kilometr uzaqlıqda helikopterin qalıqlarını aşkarlayıblar.

 

Hazırda qəza nəticəsində 4 nəfərin həlak olduğu təsdiqlənib, 3 nəfərin isə itkin düşdüyü bildirilir. Qəzanın səbəbləri məlum deyil.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla