Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Tüklü dil sindromu - 100 insandan 13-ündə rast gəlinir

Media24.az      14 Yanvar , 02:40
Tüklü dil sindromu - <font color=red>100 insandan 13-ündə rast gəlinir</font>

Tüklü dil sindromu 100 insandan 13-də müşahidə edilir. Mütəxəssislər bildirir ki, bu, vəzi psixoloji problemlərə səbəb ola bilər.
 

Bəs tüklü dil sindromu nədir?

 

Media24.Az medicina.az-a istinadən bildirir ki, tüklü dil sindromu dilin üstündə səpkilər formasında çıxıntıların yaranmasıdır. Dilin üstündə yaranan səpkilərin isə nədən qaynaqlandığını əksəriyyətimiz bilmirik.

 

Türkiyəli həkim Melih Çiçək bu sindromun yaranma səbəbi və müalicə üsullarından danışıb:

 

"Bu çıxıntılar papilla adlanır ki, bunun da bir neçə növü var. Bu səpkilər adətən 1 mm uzunluğa qədər böyüyür, sonradan isə tökülməyə başlayır. Bundan sonra dilin üstü yeni qatla örtülür. Tüklü dil, bu papilla adlanan çıxıntıların düzgün şəkildə tökülməməsi səbəbindən ortaya çıxaraq dəridə problemlər yaradır. Bu zaman isə bakteriyalar toplusunun meydana gəlmə riski yüksəlir, bu da dildə rəngsizlik yaranmasına səbəb olur".  

 

Bəs bu nədən yaranır?

 

Ağız gigiyenası - Əgər ağız qulluğu düzgün edilməzsə, saça bənzər bakteriyalar yarana və çoxala bilər.

 

Siqaret, spirtli içkidən istifadə -  Bu zaman da belə sindroma yoluxmaq riski yüksəkdir. Həmçinin qəhvə, çay çox içildiyi zaman da bu meydana çıxa bilər.

 

Ağız quruluğu - Ağızda nəmin olmaması, dildə tük yaranmasına şərait yaradır.

 

Bəzi dərmanlar - Mədə ağrısı üçün istifadə edilən bəzi həblər zamanı da bu qaçılmaz ola bilər.
 

Bəs tüklü dilin əlamətləri nədir?

 

Doktor Çiçək bu sindromun bir çox göstəricilərinin olduğunu vurğulayıb:

 

"Dildə yanma hissi

Udqunan zaman ağızda yaranan qıdıqlanma hissi

Öyümə hissi

Ağız qoxusu

Mədə bulantısı".

Tüklü dil sindromunun müalicəsi varmı?
 

"Adətən konkret bir tibbi müalicə üsulu lazım olmur. Çünki əksər zaman keçici vəziyyət olur və insan səhhəti üçün təhdid deyil. Stomatoloqa mütəmadi olaraq müayinə üçün getmək bu vəziyyətin yaranmasının qarşısını ala bilər. Nadir hallarda qalıcı ola bilər. Bu zaman da diş həkiminə dərhal müraciət olunmalıdır. Bəzi hallarda belə səpkilər əməliyyatla dildən təmizlənir. Müalicə üçün də bəzi dərmanlara müraciət edilə bilər. Həmçinin meyvə, tərəvəzlərdən çox istifadə edərək ağız gigiyenasını qorumuş olarsınız ki, bu zaman da bu bakteriyaların yaranma riski azalır", - deyə həkim bildirib.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla