Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

“Qızılca olan hər 10 uşaqdan 1-i öləcək” - Həkim yayılan epidemiyadan danışdı

Media24.az      14 Yanvar , 02:00
“Qızılca olan hər 10 uşaqdan 1-i öləcək” - <font color=red>Həkim yayılan epidemiyadan danışdı</font>

Azərbaycanın uroloq-cərrahı, tibb elmləri üzrə fəlsəfə doktoru Vasif İsmayıl Kiyevdə yayılmış qızılca epidemiyası ilə bağlı bəzi faktlar açıqlayıb.

 

Media24.Az medicina.az-a istinadən bildirir ki, o, şəhərdə epidemiyanın sürətlə yayılma səbəbi kimi peyvəndin vurulmadığını göstərib.

 

"Ümumdünya səhiyyə təşkilatı qızılcadan ildə ortalama 150 min insan vəfat etdiyini bildirir. Bunların əksəriyyəti 5 yaşına qədər uşaqlardır.
Statistikaya əsasən qızılca xəstəliyinə tutulmuş beş yaşına qədər hər 10 uşaqdan biri itiriləcək.

 

Kiyevdə epidemiyanın səbəbi qızılca peyvəndi vurulmuş insanların cəmiyyətdəki nisbətinin kritik həddən aşağı düşməsidir.

 

Kiyevdə qızılca peyvəndi vurulmuş uşaqların nisbəti 30%-dir. Romanın dediyinə görə Azərbaycanda da belədir. İnanıram. Bəzən belə bir şey eşidirsiniz:

 

-Uşağıma heç peyvənd vurdurmadım. Xəstələnmir də. Demək ki, peyvənd lazımsız şeydir.

 

Yalandır. Öz də nadan yalanı.

 

Mən və mənim kimi məsuliyyətli vətəndaşlar uşaqlarına peyvənd vurdurur deyə sizin uşağınız xəstələnmir.

 

Amma cəmiyyətdə peyvənd edilməmiş insanların sayı müəyyən nisbətdən aşağı düşəndə epidemiya baş qaldırır.

 

Qızılca xəstəliyinə tutulmuş beş yaşına qədər hər 10 uşaqdan biri öləcək".

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla