Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

"Möcüzə qadın"ın donu niyə mübahisə doğurub?

Media24.az      14 Yanvar , 01:40

Livanlı modelyer Elie Saab-ın Instagram-da israilli aktrisa Gal Gadot-un şəklini yerləşdirməsi internetdə əsl fırtına yaranıb.

 

Bir qədər keçmiş Saabın hazırladığı uzun donda olan aktrisanın görüntüsü dizaynerə məxsus sosial şəbəkə hesabından yığışdırılıb.

 

Wonder Woman (Möcüzə qadın) filmində baş rolu canlandıran Gal Gadot gənclikdə İsrail ordusunda təlimatçı vəzifəsində xidmət edib.

Gadot

İsraillə Livan arasında diplomatik münasibətlər mövcud deyil və 1948-ci ildən bəri ölkələr nəzəri cəhətdən müharibə şəraitində qalır.

 

Elie Saab-a irad tutanlar deyir ki, o, bir livanlı kimi sabiq israilli hərbçiyə geyim hazırlamalı deyildi.

 

"Mən Elie Saaba sevgi və hörmətlə yanaşıram, lakin açıq danışaq - o yaratdığı libasın israilli aktrisa tərəfindən geyinməsinə razıdırmı?", - məşhur livanlı jurnalist Heba Bitar öz tivitində yazıb.

 

Mübahisə doğurmuş postda Gal Gadot-u mavi dizayner donunda görmək olar.

 

Ötən il Livanda Wonder Woman filminin göstərilməsinə icazə verilməsə də, aktrisanın iştirakı ilə daha bir film nümayiş olunub.

 

2014-cü ildə Gal Gadot 2100 fələstinlinin ölümü ilə nəticələnən Qəzza əməliyyatını həyata keçirən İsrail ordusuna öz dəstəyini bildirmişdi.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla