Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Azərbaycanın iki məşhur bankı birləşir

Media24.az      13 Yanvar 2017, 18:37

Azərbaycanın iki bankı birləşir. Bu barədə Qaynarinfo-ya bank sektorundakı mənbə məlumat verib.

 

Məlumata görə, yaxın vaxtlarda "Rabitəbank" və "Bank Respublika" birləşəcək. Bu proses "Rabitəbank"ın "Bank Respublika"ya birləşdirilməsi yolu ilə həyata keçiriləcək. Məlumatda həmçinin qeyd olunur ki, artıq bu barədə danışıqlara başlanılıb.

 

Bir neçə ay öncə də adları çəkilən banklar bankomat şəbəkəsini birləşdirmiş və müştərilərinə bir-birinin bankomatlarından komissiyasız istifadə etmək imkanı yaratmışdı.

 

Qeyd edək ki, bir müddət öncə Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 2017-ci il 22 dekabr tarixli qərarına əsasən "DəmirBank” Açıq Səhmdar Cəmiyyətinin lisenziyası ləğv edilib. 2015-ci ildə "Azərbaycan Kredit Bankı” və "Bank of Azerbaijan” ASC,  1 il sonra "Qafqaz İnkişaf Bankı" ASC, "Atrabank" ASC, "Texnikabank” ASC, "Bank Standard", "Dekabank” ASC, "Kredobank" ASC, "Parabank” ASC və "Zaminbank” ASC bağlanıb.

 

Bir müddət əvvəl Qaynarinfo-ya açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bağlanması gözlənilən bankların adlarını açıqlamışdı ki, onlardan biri də "Bank Respublika" idi: "Maliyyə Bazarlarına Nəzarət Palatasının və yaxud Mərkəzi Bankın hansı yöndə qərar verəcəyini söyləmək çətindir. Amma zaman-zaman nüfuzlu beynəlxalq reytinq agentliklərinin Azərbaycan bank sektoru ilə bağlı hesabatları dərc olunur. Bu hesabatlardan çıxış edərək müəyyən fikirlər yürütmək mümkündür. Son açıqlanan hesabatlarda "Bank of Baku"nun, "AG Bank"ın, "Bank Respublika"nın və "Unibank"ın adları keçir. Qeyd olunur ki, bu bankların kifayət qədər problemləri var, problemli kreditlərin həcmi yüksəkdir və kreditləşməyə yenidən başlaya bilmirlər".

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla