Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Azərbaycanda rus alim yoxa çıxıb - Rusiyadan ŞOK İDDİA

Media24.az      13 Yanvar , 13:47
Azərbaycanda rus alim yoxa çıxıb - <font color=red>Rusiyadan ŞOK İDDİA</font>

Yeni ilin ilk günlərində Azərbaycana gələn Rusiya Elmlər Akademiyası Astronomiya İnstitutunun əməkdaşı Dmitri Çulkov itkin düşüb.

 

Media24.Az yenicag.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatına Çulkovun tanışları və işlədiyi institutun əməkdaşları məlumat veriblər.

 

Məlumata görə, Çulkov yanvarın 3-də Gəncəyə gəlib və şəhərdəki şəxsi mehmanxanalardan birində yerləşib. Mehmanxana sahibinin sözlərinə əsasən, alim yanvarın 5-də Göygölə yola düşüb. Çulkov mehmanxana sahibinin məsləhətinə qulaq asmayaraq, Göygölə taksi ilə yox, piyada yollanıb.

 

Görünür, Çulkov gölə aparan yolun üstündə yerləşən hərbi hissənin ərazisinə keçib. Çünki az sonra təhlükəsizlik xidmətinin əməkdaşları mehmanxanaya gəlib, Çulkovun otağında axtarış apararaq, ona məxsus əşyaları özləri ilə aparıblar.

 

Yanvarın 9-da mehmanxana sahibi ilə əlaqə saxlayan hərbçilər Çulkovun sərbəst buraxıldığını bildirsələr də, alim Gəncəyə gəlməyib. O, həmçinin internetə də çıxamyıb və anasının davamlı zənglərinə cavab verməyib.

 

Rusiya mediasına danışan mənbə bildirib ki, Çulkov Azərbaycana gedərkən, bir həftəyə geri qayıdacağını deyib. Ancaq Azərbaycana getdikdən 2 gün sonra onunla əlaqə kəsilib.

 

Qeyd olunur ki, Çulkovun yanvarın 10-na təyyarə bileti olsa da, o, həmin gün uçuş qeydiyyatından keçməyib. Hazırda alimin yaxınları və həmkarları onun axtarışı ilə məşğuldirlar.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla