Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Azərbaycanda çadır düşərgəsində böyüdü və sonra... - VİDEO - FOTO

Media24.az      13 Yanvar , 11:15

Səidə Muradova həyatında həmişə bər-bəzək aksessuarları daşımayıb. O, Azərbaycanın işğal edilmiş rayonlarından birində doğulub, erməni işğalı nəticəsində öz evlərini tərk etməli olan yüz minlərlə azərbaycanlıdan biridir. Yeniyetməlik illərini Azərbaycandakı çadır düşərgələrindən birində ağır şərtlər altında yaşayıb. Sonradan İsveçə, oradan Parisə gedərək incəsənət, moda təhsili alıb. Nəhayət, Nyu-Yorka yollanıb.

 

Media24.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Nyu-Yorkda özünün Object & Dawn baş bəzək aksessuarları brendini yaradan azərbaycanlı məcburi köçkünün barəsində racked.com saytında yerləşdirilmiş videoreportajda deyilir.

Səidə Muradovanın hazırladığı baş bəzək aksessuarları müxtəlif xalqların yerli ənənələrinə əsaslanır. O, baş bəzək aksessuarlarının nümunəsini işləyib hazırlayır, daha sonra o yeddi ölkədə istehsalçılarla tərəfdaşlıq şəraitində işləyərək onların istehsalını təşkil edir. Azərbaycanlı modelyer öz təcrübəsində qədim masai qəbilələrinin əsrlər boyu istifadə etdiyi baş bəzəkləri nümunələrindən də yararlanır.

 

"Müasir moda artıq bunları hesaba almır. Lakin mən dünyanın bir çox yerlərində istehsalçılarla işləyərək və yeni dizayn texnologiyalarından, lazerlə kəsmə və 3D-printdən istifadə edərək əsrlər boyu istifadə edilmiş metodları yenidən mükəmməl şəkildə həyata keçirə bilirəm", - Səidə Muradova deyir.

Загрузка...
loading...
Loading...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla