Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Məşhur reper tələbə qıza təcavüz edib

Media24.az      13 Yanvar , 10:45
Məşhur reper tələbə qıza təcavüz edib

Əsl ad və soyadı Kornell Heyns olan amerikalı reper, aktyor və multimilyonçu iş adamı Nelli həbs olunub.

 

Milli.Az CBS-ə istinadən bildirirk i, 43 yaşlı Nelli 22 yaşlı tələbə Monika Qrini zorlamaqda suçlanır.

 

Monika Qrinin dediyinə görə, ötən ilin oktyabrın 7-də Nelli onu qastrol avtobusunda zorlayıb.

 

"Məni içirtdi, sonra döyərək təcavüz etdi, sonra da sifətimə 100 dollarlıq əskinas çırpıb avtobusdan çıxartdı", - ABŞ-dakı Vaşinqton Universitetinin tələbəsi Monika Qrin polisə deyib.

 

Olay Sietl şəhərində baş verib.

 

Monika Qrinin ofisiant işlədiyi gecə klubunda çıxış edən Nelli içib sərxoş olandan sonra tələbə qızı özünün qastrol avtobusuna dəvət edibmiş.

 

4 dəfə "Grammy" mükafatı almış Nelli isə ittihamları rədd edir, tələbə qızın ondan böyük miqdarda maddi təzminat almaq üçün belə saxtakarlıq etdiyini və şər atdığını söyləyir.

 

Reperin vəkili Skott Rozenblomun dediyinə görə, müvəkkili "başdan ayağa saxta olan ittihamlara hədəf seçilib".

 

Monika Qrinin vəkili isə bəyan edib ki, Nelli bu ittihamların saxta olduğunu deyənədək reperi məhkəməyə vermək niyyətləri yoxdu. Lakin indi M.Qrin reperdən böyük məbləğdə təzminat tələb edir. Təzminatın məbləği açıqlanmır.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla