Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

20 yaşlı oğlan 451 milyon dollar uddu

Media24.az      13 Yanvar 2017, 10:25

"Aman Tanrım!"

 

20 yaşlı Şeyn Missler Facebook-dakı səhifəsində belə yazıb. O, "Mega Millions" lotereyasında cek-potu udub və 451 milyon dollara yiyələnib.

 

Milli.Az CBS-ə istinadən bildirir ki, əslən Men ştatından olan, ABŞ-ın Florida ştatındakı Pasko Kaunti bölgəsindəki Port-Riçi şəhərində yaşayan 20 yaşlı Şeyn uduşunu bütünlüklə almaq niyyətindədir.

 

"Mega Millions"un qaydalarına görə, əgər cek-pota yiyələnən şəxs uduşu 30 il ərzində hissə-hissə yox, birdəfəlik almaq fikrinə düşərsə, ona 451 milyon dollar yox, 281,2 milyon dollar veriləcək.

 

Şeyn uduşlu bileti Port-Riçidəki "7-Eleven store" marketindən alıb.

 

Şeyn Misslerin dediyinə görə, pulu hobbilərinə və istəklərinə xərcləmək, ailəsinə yardım etmək, habelə "bəşəriyyətin üzləşdiyi problemlərin həllinə kömək göstərmək" üçün xərcləmək niyyətindədir.

 

O, Port-Riçini tərk etməyi düşünür.

 

Ana nənəsinin yanında böyümüş Şeyn 2015-ci ildə orta məktəbi başa vurub, kollecə daxil olub, ötən ilin fevralında isə atasının yanına, Port-Riçiyə köçüb.

 

Şeyn Misslerin anası 7 il əvvəl vəfat edib.

 

Dünya lotereyalar tarixində ən böyük uduş ötən ilin avqustunda ödənib. ABŞ-da 53 yaşlı tibb bacısı "Powerball" lotereyasında 758,7 milyon dollar udub.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla