Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Müəllimlərə müjdə - VİDEO

Media24.az      12 Yanvar , 23:32

Kənd məktəblərində dərs deyən müəllimlərin imtiyazları artırılır.

 

Media24.Az bildirir ki, bununla bağlı Nazirlər Kabineti yeni qərar verib.

 

2010 və 2014-cü ildə kənd məktəblərdə dərs deyən müəllimlərin imtiyazları ilə bağlı Nazirlər Kabinetinin qərarı ilə indiki qərar arasında fərq var.

 

Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov bildirir ki, yenilik bu kateqoriyadan olan müəllimlərə bir sıra üstünlüklər verir.

 

Dəyişiklik "Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında" qərarda əksini tapıb. Onu da qeyd edək ki, hazırda kənd yerlərində dərs deyən müəllimlər 60 manat həcmində kirayə pulu alırlar. 2014-cü ildən qəbul edilən qaydaya görə bundan əlavə vəsaitlər də hesablanır.

 

Müsabiqədən yeni keçərək kənd məktəblərinə təyinat alan müəllimlərə ilk aydakı maaşlarında iki aylıq maaş miqdarında əlavə vəsait yüklənir. Bu müəllimlərin həmin yerdə məskunlaşmasına yardım etmək məqsədilə edilir. /xezerxeber.az

 

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla