Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

“Qurban Qurbanov mənə “get” demədi”

Media24.az      12 Yanvar 2017, 14:35

"Zirə"nin "Qarabağ"dan icarəyə götürdüyü Elşən Abdullayev müsahibə verib.

 

Media24.Az qol.az-a istinadən həmin müsahibəni təqdim edir:

 

- "Neftçi"dən "Qarabağ"a böyük ümidlərlə transfer olunmuşdun. Amma səndən gözlənilən "partlayış"ı edə bilmədin. Səbəbi nədə görürsən?

 

- "Qarabağ"a keçəndən sonra, demək olar ki, bir il oynamadım. Uzun müddət zədəli oldum. Sağalandan sonra isə yenə zədələndim. Ümumiyyətlə, zədələr mənə çox zərbə vurdu, məni geriyə saldı. Düşünürəm ki, əsas səbəb budur.

 

- Formadan düşməyinə ehtiyatda oturmağının da təsiri oldumu?

 

- Əlbəttə, o da var. Çünki futbolçu az oynayanda təcrübə baxımından əziyyət çəkir. Ona daha çətin olur. Biri var hər oyunda meydana çıxasan, biri də var ki, çox vaxt ehtiyatda oturasan. Amma mən bunu daha çox zədə ilə əlaqələndirərdim.

 

- "Zirə"yə keçməzdən öncə başqa təkliflərin də var idi?

 

- Hə, bir də "Səbail" variantı var idi.

 

- Sən isə "Zirə"ni seçdin.

 

- "Zirə"yə üstünlük verdim, çünki bu komandanın hədəfləri daha böyükdür. Ən əsası da Avroliqaya düşmək uğrunda mübarizə aparırlar. Bu amil seçimimə təsir etdi. Digər tərəfdən, arzum milli komandada oynamaqdır. "Zirə"yə keçidimin bir səbəbi də budur. Komandaya yeni gəlmişəm. Əlimdən gələni edib, milliyə düşməyə çalışacam. Hər şey özümdən asılıdır.

 

- Qərar verəndə Qurban Qurbanovla məsləhətləşdin?

- Əlbəttə. Hər bir işi görməzdən əvvəl baş məşqçi ilə məsləhətləşirəm. O da dedi ki, oyun təcrübəsi qazanmaq üçün icarəyə getməyin daha məqsədəuyğundur. Konkret olaraq, mənə "get" demədi. Sadəcə, oynamağım üçün bu variantın daha məqsədəuyğun olduğunu söylədi. Yayda yenidən "Qarabağ"a qayıdacam.

 

- "Zirə"də asanlıqla əsas heyətə düşəcəyini gözləyirsən? Nəzərə alaq ki, bu komandada rəqabət zəif deyil....

 

- Ümumiyyətlə, Premyer Liqanın istənilən komandasında rəqabət var. Açığı, "Zirə"yə keçməyimin əsas məqsədlərindən biri də rəqabətin yüksək olmasıdır. Çünki futbolçu belə şəraitdə daha da inkişaf edir. Çalışacam ki, daim əsas heyətə düşüm və özümü ən yaxşı tərəfdən göstərim.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla