Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Marsda buz tapıldı - VİDEO - FOTO

Media24.az      12 Yanvar 2017, 16:50

Astronomlar Mars planetində indiyədək naməlum olan 8 buzlaq aşkarlayıblar. Tapılan buzlaqlarçoxsaylı laylardan ibarətdir. Onların tədqiqatı Marsın iqlim tarixi barədə daha müfəssəl məlumatlar əldə etməyə imkan verəcək.

 

Media24.Az milli.az-a istinadən bildirir ki, ABŞ-ın Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin alimləri "NASA Mars Reconnaissance Orbiter" planetlərarası stansiyadakı HiRISE kamerası ilə çəkilmiş fotoları təhlil ediblər.

 

Bu zaman onlar eroziya nəticəsində buzlaqların göründüyü 8 sahə aşkarlayıblar.

 

Bəzi buzlaqların qalınlığı 100 metrdən artıqdır.

 

Həmin sahələr 55 dərəcəyədək maililiyi olan, orta enliklərdə yerləşən yamaclardır. Kraterlərin olmaması buzlaqların bu yaxınlarda yarandığını göstərir.

 

Buzlaqlar 2 metr qalınlığında toz təbəqəsi ilə örtülüb.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla