Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Gecə klubunda olay: "Mən iraqlıya "yox" dedim, amma..."

Media24.az      12 Yanvar 2017, 12:30

Bakıda quldurluqda təqsirləndirilən Anar Kərimov, Fəqan Abdullayev, Nurlan Məmmədov, Kamran Vahabov, Elvira Ələsgərova və Çinarə Bəhlulzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

 

Media24.Az teleqraf.com-a istinadən xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edilib.

 

İttihama görə, quldurluq hadisəsi ötən il yanvarın 13-də Bakıda baş verib. Universitetlərdən birində təhsil alan İraq vətəndaşı Biyar Cumaah Şaikani internetdə tanış olduğu 25-26 yaşlı qızlarla Nərimanov rayonundakı gecə klubunda görüşüb. Onların arasında narazılıq yaranıb və Cumaah Biyar küçəyə çıxıb. Küçədə isə qızlar köməyə çağırdıqları Anar Kərimov və digərləri ilə birgə iraqlı gənci döyərək ondan 400 manat alıblar.

 

Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində Zəngilan rayon sakini Çinarə Bəhlulzadə, Bakı şəhər sakinləri Anar Kərimov, Elvira Ələsgərova, Fəqan Abdullayev, Nurlan Məmmədov və Kamran Vahabov tutulublar.

 

Prokurorun çıxışından sonra ifadə verən təqsirləndirilən Çinarə Bəhlulzadə bildirib ki, 2016-cı ilin dekabrın əvvəlində qeyri-rəsmi həyat yoldaşı ilə Rusiyaya getməli imiş: “Bu səbəbdən evdən çıxdım. Lakin o, məni Rusiyaya aparmadı. Mən də evə getmədim, Elvira ilə danışdım ki, onlarda qalım. O, mənə anasının onlarda qalmasına razı olmadığını söylədi”.

 

Çinarə Bəhlulzadənin sözlərinə görə, bu səbəbdən paytaxtda kirayə ev tutublar: “Bir qədər keçəndən sonra Elvira məni dostdunun ad gününə apardı. Ad günü gecə klubunda idi. Orada Fəqan mənimlə tanış oldu. Onun nömrəsini götürdüm, bir müddət Fəqanla danışdıq”.

 

Təqsirləndirilən şəxs qeyd edib ki, gecə klubunda zərərçəkmiş Biyar Cumaah Şaikani onunla tanış olub: “Əvvəl tanış olmaq istəmədim, ona “yox” cavabı verdim. Sonra tanış olduq, onun evinə getdim. Həmin şəxsə yalan danışdım. Dedim ki, magisturaturada oxuyuram. Mənə 200 manat lazim idi, evimin kirayə pulunu verməli idim. Biyar mənə 200 manat verdi. Sonra yenə pul istədim. Amma Bayar daha pul vermədi. Onun evində yaşamağımı istədi. Təklifə razı olmadım, Bayarın evindən çıxdım”.

 

Təqsirləndirilən şəxs qeyd edib ki, İrqadan olan tələbənin evindən çıxandan sonra Elvira ilə görüşüb. Kamranı isə taksi sürücüsü kimi tanıyıb: “Kafedə oturanda Elvirayla danışdım. Bu zaman Fəqan eşitdi, məndən həmin şəxsin kim olduğunu soruşdu. Telefonumda Biyarla yazışmalarımı oxudu. Sonra bizi kafedən apardı, yenidən bu barədə soruşdu”.

 

Çinarə Bəhlulzadənin sözlərinə görə, 2017-ci ilin yanvarın 11-də Fəqan tanışlarını bir yerə yığıb və ondan Biyarın yaşadığı ünvanını soruşub.

 

Təqsirləndirilən şəxs qeyd edib ki, Fəqan Abdullayev və onun tanışları ilə birgə İraq vətəndaşının qaldığı evə gediblər: “Mən Biyarla telefonla danışdım, amma Fəqan məni yuxarı qalxmağa icazə vermədi. And içdi ki, Biyara heç nə etməyəcək. Mən və Elvira razılaşmadım. Fəqan məni təhdid edib, qoluma vurdu. Sonra Elvira razı oldu, onlarla getdik. Maşında Kamranla qaldıq, sonra o da getdi. Bir qədər keçəndən sonra Kamranla Elvira qaça-qaça maşına gəldi. Elvira ağlayırdı. Anar, Nurlan Fəqan da maşına gəldi, başqa evə getdik.

 

Fəqan çantadan 4 bahalı telefon və planşet çıxartdı. Mən onların evdən pul götürdüklərini bilmədim. Dedi ki, Biyarı vurmaq istəyən zaman bunları verdi. Biz qorxumuzdan Gəncəyə getdik. Fəqan Kamranla Bakıya qayıtdı, bizi evdən də çıxardılar. Sonra eşitdik ki, Kamranı tutublar. Biz Hacıqabula getdik, lakin getdiyimiz yerdə yas mərasimi var idi, qalmağa yer olmadı”.

 

Çinarə Bəhlulzadənin ifadəsinə görə, paytaxta qayıdandan sonra kafedə hüquq-mühafizə orqanları tərəfindən həbs ediliblər: “İfadə verən zaman mənə dedilər ki, evdən 7 min manat oğurlanıb. İstintaq dövründə təzyiqlərlə üzləşmişəm. Mən sadəcə ağ vərəqə imza atmışam. Orada məni döydülər, məcburi qol çəkdirdilər. Bu barədə müvafiq qurumlara müraciət də etmişəm”.

 

Daha sonra ifadə verən digər təqsirləndirilən Elvira Ələsgərova bildirib ki, Çinarə Bəhlulzadəni 2013-cü ildən tanıyıb, lakin münasibətləri o qədər də yaxşı olmayıb.

 

Elvira Ələsgərova qeyd edib ki, Fəqan Abdullayev İraq vətəndaşının qaldığı evinin qapısını döyməsini istəyib: “Mən də onun dediyini elədim. Birlikdə evə girdik. Fəqan Abdullayev Biyar Cumaah Şaikanə hədə-qorxu gəldi, evindən telefon və planşetİ götürdü”.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla