Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Ölkəyə qaçaqmal yolu ilə gətirilən 1 tondan artıq nərə balığı müsadirə edildi - FOTO

Media24.az      12 Yanvar 2017, 12:20

Bakı Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda nərə cinsli balığın qanunsuz yolla ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

 

Dövlət Gömrük Komitəsindən Media24.Az-a verilən məliumata görə, Bakı Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarina qarşi mübarizə şöbəsinə Qazaxıstan Respublikasının Aktau limanından Bakı şəhərinə “Merkuri-1” gəmisi ilə boş vəziyyətdə qayıdan Azərbaycan Respublikasının vətəndaşı Məmmədov Ramin Telman oğlunun idarə etdiyi 99-LF-021/05-ZA-006 nömrə nişanlı “Kamaz” markalı yük nəqliyyat vasitəsində qaçaqmalçılıq yolu ilə nərə cinsli balıq yükünün gətirilməsi barədə əməliyyat məlumatı daxil olub.

 

Məlumat əsasında, həmin nəqliyyat vasitəsinə Beynəlxalq Dəniz Ticarət Limanında gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerində aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə gizlədilən, içərisində dəniz suyu olan sellofana bükülmüş vəziyyətdə - ümumi çəkisi 1 ton 408 kq olan (496 ədəd) nərə cinsli balıq və 1ədəd üzərində “Yamaha Enduro 15” yazısı olan kater mühərriki aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla