Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Müğənni 2 azyaşlı uşağını döydüyünü etiraf etdi

Media24.az      12 Yanvar , 20:08

35 yaşlı müğənni Kelli Klarkson öz etirafı ilə sosial şəbəkələrdə və mediada müzakirələrə səbəb olub.

 

Media24.Az axşam.az-a istinadən bildirir ki, ifaçı iki azyaşlı uşağını döydüyünü deyib. Bunu tərbiyə metodu adlandıran Kelli valideynlərinin də vaxtilə ona əl qaldırdıqlarını və bunun yaxşı üsul olduğunu söyləyərək mübahisəni daha da qızışdırıb:

 

"Mən vəhşicəsinə döyməkdən danışmıram. Valideynlərim də vaxtilə mənə bir-iki sillə çəkib və nəticədə mən düzgün tərbiyə olunmuşam. Əvvəlcə uşaqlara xəbərdarlıq edirəm ki, sözümə baxmasalar, sillə vuracam".

 

Klarkson uşaqları ictimai yerlərdə döyməyin əleyhinə olduğunu da sözlərinə əlavə edib.

 

Qeyd edək ki, Kellinin həyat yoldaşı Brendon Blekstokomdan üç yaşlı River adlı qızı, bir yaşlı Reminqton adlı oğlu var. O, əvvəlki nikahından isə 16 və 11 yaşlı iki uşaq dünyaya gətirib.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla