Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Sinif yoldaşları 13 yaşlı oğlanı pendirlə öldürdülər

Media24.az      11 Yanvar , 14:59
Sinif yoldaşları 13 yaşlı oğlanı pendirlə öldürdülər

Böyük Britaniyada 13 yaşlı oğlan sinif yoldaşlarının ona qarşı etdikləri pis zarafata qurban gedib.

 

Bizimyol.info  xəbər verir ki, insident Qərbi Londonun Qrinford məktəbində baş verib. Əslən hindistanlı olan Karanbir Çimanın pendirə qarşı kəskin reaksiyasının olduğunu bilən sinif yoldaşları onun yeməyinə pendir qatıblar.

 

Karanbirin  süd məhsullarına qarşı  güclü  allergiyasının olması bütün yoldaşlarına  məlum olsa da bu axmaq zarafat balaca oğlanın həyatına son qoyub. 11 gün reanimasiyada həyat uğrunda  mübarizə aparan uşağı həkimlər  xilas edə bilməyiblər. Polis Karanbirin yeməyinə pendir qatan uşağı onun həyatına  qəsd etməklə ittiham edərək saxlayıb.

 

Sinif yoldaşları həmin oğlanın  bütün məktəb illəri ərzində hindli uşağı cırnatdığını, ona qarşı qərəzli münasibət göstərdiyini bildiriblər.

Загрузка...
Ən çox izlənənlər

Son 12 saatda yüklənən xəbər yoxdur

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla