Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Lotu Qulinin başı dərddə - Həbs olunan iş adamı ona qarşı ifadə verdi

Media24.az      11 Yanvar , 14:45
Lotu Qulinin başı dərddə - Həbs olunan iş adamı ona qarşı ifadə verdi
"Qanuni oğru''nun Mütəşəkkil Cinayətkar Qruplaşmanın yaradılması üzrə cinayət işinin fiqurantı ola bilməsi istisna hal deyil.
 
 
Media24.Az xəbər verir ki, Samara Regional Məhkəməsi oğru dünyasında Quli kimi tanınan Nadir Səlifovun həbsinə dair Rusiya İstintaq Kkomitəsinin regional istintaq idarəsinin iddiasını təmin etmək üçün Samara Regional Məhkəməsinin qərarını qüvvədə saxladı. Bu barədə "VolgaNews.Ru" məlumat yayıb.
Məhkəmə birinci instansiya qərarına qarşı apelyasiya şikayətinə baxıb. "Qanuni oğru" adam oğurluğunun təşkilində və pul tələb edilməsində şübhəli bilinir. Şahin Əhmədov və Natiq Osmanov da daxil olmaqla, daha dörd nəfər cinayət işinin əsas fiqurlarıdır. Onların da vəkilləri rayon məhkəməsinin qərarına qarşı şikayəti dəstəklədi.
 
 
Səlifov və digər şübhəlilər 2015-ci il dekabrın 18-də Tolyattidə sahibkar Kamal Quliyevin oğurlanmasında ittiham olunurlar. Oğrular həmin bu şəxsi "Olimp" idman kompleksi yaxınlığında olan avtodayanacaqdan qaçırıb, onun yaxınlarından 10 milyon avro tələb ediblər. Quluyev Qulinin tərəfdaşlarından biri olan, qaçırılmanı həyata keçirən Maqsud Qurbanovun hesabına qaça bilib. Lakin sonradan Qurbanov da əvvəl törətdiyi cinayətə görə saxlanılıb. Müdafiə və həbs müddətinin azaldılması qarşılığında o, "Quli”yə qarşı yeni ifadə verməyə razılaşıb. Bu isə gələcək ittihamın əsasını təşkil edib.
 
 
Daha əvvəl bildirildi ki, Moskvanın Presnensk məhkəməsi Quli ilə bağlı adam oğurluğu (RF Cinayət Məcəlləsinin 126-cı maddəsi) və zorakılıq (RF Cinayət Məcəlləsinin 163-cü maddəsi) maddəsi ilə qiyabi həbs qərarı çıxarmışdı. İstintaq hesab edir ki, hələ həbsdə olan vaxt belə "qanuni oğru" adam oğurluğu təşkil edib. Səlifov beynəlxalq axtarışa verilmişdi.
 
 
Beləliklə, onun Rusiyaya ekstradisiyası üçün hüquq-mühafizə orqanları əməkdaşlarına daha bir sanksiya lazımdır. Daha əvvəl Rosbalt mənbələri bildirmişdir ki, Nadir Səlifova qarşı cinayətkar qruplaşmasının yaradılması maddəsi ilə cinayət işi (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 210-cu maddəsi) açılacaqdır.
 
criminalaz.com
Загрузка...
Ən çox izlənənlər

Son 12 saatda yüklənən xəbər yoxdur

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla