Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

52 yaşlı kişi 12 yaşlı uşaqla qeyri-təbii yolla əlaqəyə girdi, sonra... -BİABIRÇILIQ

Media24.az      10 Yanvar 2017, 15:41

İsmayıllı rayonunda 12 yaşlı oğlana təcavüz etməkdə təqsirli bilinən 3 uşaq atası olan 1966-cı il təvəllüdlü Mehman Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Media24.Az publika.az-a istinadən xəbər verir ki, Mehman Hüseynov 13 avqust 2016-cı il tarixdə, saat 16 radələrində İsmayıllı-Şəki magistral yolunun kənarında meyvə-tərəvəz satdığı yerin qarşısında əvvəldən tanıdığı 2005-ci il təvəllüdlü Mahir Məmmədovu (ad və soyad şərti verilib – red.) görüb.

 

Çayda çimməyə getmək təklifi

 

Bu zaman o, Mahir Məmmədova qarşı seksual xarakterli hərəkətlər etmək qərarına gəlib. O, Mahirə havanın isti olduğunu, yaxınlıqdakı Cülyan çayına birlikdə gedərək çimib sərinləməyi təklif edib. Mahir Məmmədov da onun təklifi ilə razılaşıb.

 

Bundan sonra onlar birlikdə həmin çaya gediblər. Çayda çimərkən Mehman Hüseynov azyaşlı və fiziki cəhətdən zəif olan Mahir Məmmədova qarşı seksual xarakterli hərəkətlər etmək niyətini həyata keçirmək istəyib.

 

Çayda seksual hərəkət

 

Mehman Hüseynov suyun içində azyaşlının köməksiz vəziyyətindən istifadə edib, onun dodaqlarından və yanaqlarından öpməklə alt paltarını aşağı salıb. Həmin vaxt Mehman azyaşlının müqavimət göstərməməsi üçün əlləri ilə qarın nahiyyəsini arxadan qucaqlayıb və qollarını tutaraq, onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.

 

Mahir Məmmədov oradan birbaşa evlərinə gəlib və baş verən hadisəni anasına danışıb. Azyaşlının anasının şikayəti əsasında Mehman Hüseynov həbs edilib.

 

13 il 6 ay cəza

 

Mehman Hüseynova qarşı Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddəsi ilə ittiham elan edilib.

 

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehman Hüseynov 13 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan Mehman Hüseynov apelyasiya şikayəti verib.

 

Mehman Hüseynov qeyd edib ki, azyaşlıya qarşı heç vaxt əxlaqsız hərəkətlər etməyib. Bununla bağlı işdə sübut olmadığını qeyd edən təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

 

Mehman Hüseynovun şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Mirbahəddin Hüseynovun sədrliyilə baş tutan prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayətinin dəlilləri araşdırılıb.

 

Cəzadan 1 il 6 ay çıxıldı

 

Hakim kollegiyasının qərarı ilə Mehman Hüseynovun cəzası 11 ilə endirilib. Bu qərardan da narazı qalan məhkum kasasiya protesti verib.

 

Prokurorluqda Şəki Apelyasiya Məhkəməsinin qərarından narazı qalıb. Prokuror kasasiya protesti verərək, təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib.

 

Tərəflərin şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Fərhad Kərimovun sədrlik etdiyi kollegiyada qərar elan edilib. Qərara görə, həm prokurorluğun protesti, həm də məhkumun şikayəti təmin olunmayıb.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla