Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Polşada yeni nazirlərin təyinatı Azərbaycanla münasibətlərə təsir edəcəkmi?

Media24.az      10 Yanvar , 12:35
Polşada yeni nazirlərin təyinatı Azərbaycanla münasibətlərə təsir edəcəkmi?

Polşa hökumətində 9 yeni nazirin təyin edilməsinin Azərbaycanla Polşa arasında yüksək səviyyəli əlaqələrə təsir edəcəyini düşünmürəm.

 

Media24.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı, Azərbaycan-Polşa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Aydın Mirzəzadə deyib.

 

O qeyd edib ki, bu məsələlər hər bir ölkənin daxili işidir: "Hökumət daxilində dəyişiklik etmək, eyni zamanda siyasi şəraitdən asılı olaraq kadrları yeniləmək sadəcə olaraq, ölkədə hakimiyyətin öz siyasətini daha səmərəli etmək istəyindən irəli gəlir. Bu məsələdə biz Polşaya uğurlar arzulayırıq. Polşa Azərbaycanla yaxın dostluq əlaqələri olan, Azərbaycanın ərazi bütövlüyünü tanıyan ölkədir".

 

A.Mirzəzadə bildirib ki, tarixən Azərbaycanda polyak icması yaşayıb, indi də kiçik də olsa polyak icması var və Azərbaycanın dövlət quruculuğunda fəal iştirak edirlər, onlar Azərbaycanın çox sədaqətli vətəndaşlarıdırlar:

 

"Beynəlxalq aləmdə stabilliyin və təhlükəsizliyin yaranması məsələlərində Azərbaycan ilə Polşa arasında çox sıx əməkdalıq var, iki ölkə arasında əlaqələr güclüdür, ticarət-iqtisadi əlaqələr ildən-ilə artır. Hakimiyyətdə hansı siyasi qüvvənin olmasına baxmayaraq, Azərbaycanla Polşa arasında əlaqələr həmişə yüksək səviyyədə olub və bundan sonra da yüksək səviyyədə olacağına hər hansı narahatlıq yoxdur".

 

Qeyd edək ki, Polşa prezidenti Anjey Duda baş nazirin xahişi ilə 9 yeni nazir təyin edib.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla