Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Gənclər niyə özünü öldürür? - Sonuncu addım…

Media24.az      10 Yanvar , 10:47
Gənclər niyə özünü öldürür? - <font color=red>Sonuncu addım…</font>

Son vaxtlar, xüsusən, gənclərin intihar etməsi daha da artıb. Hər kəsi düşündürür ki, həyata yenicə başlayan, potensialı olan bu gənclər niyə yaşamağı deyil, ölümü seçirlər?

 

Media24.Az xəbər verir ki, "Ekspress" qəzetinin bu mövzuda hazırladığı yazıda bildirilir ki, təkcə yanvarın 8-9-da Azərbaycanda dörd gənc intihar edib. Belə ki, Bərdə rayonu Əliyanlı kənd sakini, 23 yaşlı Səfərov Elvin Şamil oğlu özünü asaraq intihar edib. Ağdam rayonu Boyəhmədli kənd sakini Cəbiyev Hikmət Araz oğlu Quzanlı qəsəbəsində məskunlaşdığı evin həyətində özünü ağacdan asaraq intihar edib. Bakıda, "Ulduz" metro stansiyasında 1995-ci il təvəllüdlü Gəncə şəhər sakini Mustafazadə Rəşad Əlixan oğlu özünü qatarın altına ataraq intihar edib. Bakıda Lerik rayonundan olan 21 yaşlı Məlik Cahangirov özünü dənizə ataraq intihar edib.

 

Ümumdünya Səhiyyə Təşkilatı ekspertlərinin fikrincə, intihar problemi artıq bütün dünyada qlobal xarakterlidir. Müxtəlif statistik məlumatlara görə, dünyada intiharlar nəticəsində ölənlərin sayı müharibə nəticəsində ölənlərdən çoxdur.

 

Psixoloq Raminə Həsənova qəzetə bildirib ki, yeniyetmə və gənclərin intihar etməsinin əsas səbəbləri ailədaxili münasibətlərin düzgün olmaması, ailədə problemlərin yaşanması, cavabsız qalan sevgidir: "İntiharları cəmiyyətdə gedən dəyişikliklərlə də izah edən alimlər olur. Həmyaşıdları ilə münasibətlərin pozulması, pis vərdişlərə aludəçilik də intihara təkan verən səbəblər arasındadır".

Metroda intihar edən Rəşad Mustafazadə 

 

İntihar fikri insanda adətən birdən-birə yaranmır. Bu, bir neçə dəfə ağla gələn, çox vaxt depressiyanın ağırlaşması ilə nəticələnən ağır sonluqdur. "Yeniyetmə və gənclərin əhvalsız olması, özünə qapanması, valideynləri ilə öz yaşadıqları, duyğuları ilə bölüşməməsi, apatiyada olması intihar haqqında fikirlərə işarədir. Valideynlər diqqətli olmalı və belə hallarda yaranmış vəziyyəti dəyişdirməyə çalışmalıdır. Mümkün deyilsə, psixoloq köməyindən faydalanmaq lazımdır".

 

Həsənovanın sözlərinə görə, çox vaxt gəncin psixoloji durumunun mənfiyə doğru formalaşmasında valideynlər özləri günahkar olur: "Sevgisiz, diqqətsiz qalan övlad bəzən bunu yanlış yerlərdə axtarır və tapmadıqda bu, travma, bunun da aradan qaldırılmaması ilə intihara aparan depressiya ilə nəticələnir. Eləcə də, valideynlərin övladlarını başa düşməməsi, onları çox sıxması, təzyiq altında saxlaması hələ bərkiməmiş psixologiyalarını zədələmiş olur. Təəssüf ki, əksər vaxtlarda yaxınları, valideynləri şəxslərin intihar edəcəyindən xəbərsiz olur. Çünki onları uzunmüddətli depressiv vəziyyətdə görmələyə alışıblar. Yeniyetmələrin maddi tələblərini ödəməmə, ailədə yaşanan maddi sıxıntılar da gəncdə yaşamağa dair ümidlərini puç edə bilər".

 

Psixoloq bildirib ki, uşaqlar dərslərinə görə yaxşı nəticə əldə edə bilmədikdə valideynlər onları danladıqda, bəyənmədikdə də dərin kədər keçirirlər: "Bəzən valideynlər övladlarından mümkün olmayanı istəyir, onu alçaldır, təhqir edir, cəzalandırırlar. Uşaqlar arasında zorakılıq halları da onları intihara sürükləyən əsas səbəblərdəndir".

Özünü dənizə atan gənc şair Məlik Cahangirov

 

R.Həsənova qeyd edib ki, intihar edən şəxslər zəif xarakterli olurlar: "Ölməklə insan problemi həll etmir. İntihar problemlərdən qaçış yoludur. Adətən məsuliyyətsiz insanlar intihar edir. Çünki məsuliyyəti dərk edən insanlar intihar etməz. Məsuliyyətli insan bu yola üz tutmaz. Onlar daha asan yolu seçir, ölümü yaşamaqdan üstün tuturlar. İntihar edən şəxslər şəxsiyyət tiplərinə görə fərqi olurlar. Yəni özlərinə qadağa qoya bilmirlər. Özlərini idarə etməyə qadir deyillər".

 

Psixoloq məsləhət görür ki, valideynlər daim övladlarına onları çox sevdiklərini hiss etdirməli və onları olduğu kimi qəbul etməlidirlər: "Valideyn basqı olmadan övladının əhatə dairəsi, dostları ilə maraqlanmalıdır. Onun tərbiyəsi ilə məşğul olmalı, həyatında baş verən hadisələrdən xəbər tutmalıdır. Müasir zamanda valideynlər övladlarına daha az diqqət göstərməyə başlayıb. Kompüter, mobil telefon, internetdən istifadə gəncləri canlı ünsiyyətdən uzaqlaşdırır və onları qapalı edir. Bundan başqa internetdə yeniyetmə və gənc qeyri-real həyatda yaşayır. Gerçəklikdə uydurduğu həyatı yaşaya bilmədikdə stress keçirir". 

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla