Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

“Bu komandanın yalnız bir təəssüfü var - “Qarabağ”

Media24.az      9 Yanvar 2017, 15:40

"Atletiko" hər yerdə uğur qazanmağa can atır. Bu, həm İspaniya çempionatı, həm kubok, həm də Avropa Liqasına aiddi".

 

Media24.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri İspaniyanın "As" nəşrinin əməkdaşı Patrisiya Kason deyib.

 

Qəzetin "Atletiko" üzrə müxbiri olan xanım jurnalist Madrid klubunun çıxışı, baş məşqçi Dieqo Simeonenin işi haqda ətraflı müsahibə verib.

 

Patrisiya komandanın hədəflərindən danışarkən yeganə üzücü məqamın "Qarabağ"la bağlı olduğunu gizlətməyib. Çempionlar Liqasının qrupundakı 2 görüşdə Azərbaycan çempionunu uda bilməməyi "Atletiko" üçün itirilən 4 xal və qitənin ən nüfuzlu klub turnirinə vida bahasına başa gəlib: "Bu komandanın yalnız bir təəssüfü var - "Qarabağ". Mən Dieqo Simeone və onun işinə heyranam. Əgər futbolçu olsaydım, bu mütəxəssisin mənə məşqçilik etməsini istəyərdim. O, hər insanda ən yaxşı olanı üzə çıxarmaq qabiliyyətinə malikdi. Bu da bir sehr, möcüzədi. Onun məşq prosesi futbola hədiyyədi. Simeonenin düşüncəsi, təhlilinə söz ola bilməz. Onun xidmətləri danılmazdı. Kim belə baş məşqçi üçün meydanda ölməz ki? Mən bunu gözüyumulu edərəm".

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla