Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Metroda özünü öldürən gənc: "Metro mənim sevgimdir, ən böyük sevgim" - FOTOLAR

Media24.az      9 Yanvar 2017, 14:30

Xəbər verdiyimiz kimi, dünən "Ulduz" metrosunda intihar hadisəsi yaşanıb.

 

22 yaşlı Mustafazadә Rәşad Elixan oğlu özünü qatarın altına ataraq öldürüb.

 

Azxeber.com-un məlumatına görə, O, 1995-ci işdә Gәncәdә anadan olub. Rәşad Mustafazadә ictimai fəal gənc olaraq Gəncə şəhərində təşkil olunan bir çox layihələrin aktiv iştirakçılardan biri kimi tanınırdı. Rəşad son vaxtlar turizm sahəsində çalışırmış, onun bu gün Qəbələyə turu nəzərdə tutulurdu.

 

Mərhumun intiharı ilə bağlı bəzi təfərrüat məlum olub. Dostlarının dediyinə görə, Rəşadın metroya xüsusi marağı və sevgisi olub. O xaricə gedəndə ilk işi metroda şəkil çəkdirmək olub.

 

Rəşad həmçinin 2 ay öncə Gürcüstanda metrosunda foto paylaşıb və yazıb: "Mənim metronu sevirəm, metrolar mənim ən böyük sevgimdir"

 

Bundan başqa o Rusiya və Avropa şəhərlərində olanda da metro ilə bağlı təəsüratlarını paylaşıb və xüsusi sevgisindən bəhs edib. Rəşad məhz metroda intihar etməsi də təsadüfi deyil. Maraqlıdır ki, o intihar üçün sərnişinlərin az olduğu "Ulduz" stansiyasını seçib.

 

Xatırladaq ki, ötən gün metronun "Ulduz” stansiyasında Rәşad Mustafazadә özünü qatarın altına atıb. 15 saylı qatar gәncin üstündәn keçәrәk, onu iki yerә bölüb.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla