Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Yanacağın qiyməti qalxacaqmı? - AÇIQLAMA - VİDEO - FOTO

Media24.az      9 Yanvar , 13:19

Son günlər ölkədə enerji daşıyıcılarının, xüsusən də avtomobil yanacaqlarının yenidən bahalaşacağı ilə bağlı şayiələr yayılmaqdadır. Yayılan qeyr-rəsmi məlumatlara görə, dizel yanacağının satış qiymətlərində artım olacaq.

 

Ötən ilin sonlarında Tarif Şurası tərəfindən yayılan rəsmi açıqlamada bildirilmişdi ki, yaxın aylarda aşağı oktanlı, xüsusən də dizel yanacağının qiymətinin artımı ilə bağlı heç bir təklif irəli sürülməyib. Ekpertlər isə, enerji daşıyıcılarının qiymət artımı məsələsinin Tarif Şurasından çox, tələb və təklifdən aslı olduğu qənətindədir.

 

İqtisadçı Vüqar Bayramlı dizel yanacağının qiymət artımı ehtimalının böyük olduğunu bildirsə də, indi reallıqda məqbul saymır. Onun fikrincə, bu, baş verəcəyi halda ölkədə bir çox xidmət sahəsində qiymət artımı labüd olacaq. Bu isə ölkə iqtisadiyyatı üçün bir çox çətinliklər yaradacaq.

 

Aşağı oktanlı 92 maraklı benzinin, eləcə də dizel yanacağının bahalaşacağı təqdirdə avtomobil bazarına da təsirsiz ötüşməyəcək. Jurnalist-ekspert Elməddin Muradlının sözlərinə görə, bu, dizel avtomobillərinin bazardan sıxışdırılıb çıxarılması ilə nəticələnəcək.

 

Yayılan şayiələrin nə dərcədə doğru olduğunu öyrənmək üçün Tarif Şurası ilə əlaqə saxladıq. Şura rəsmisi Abbas Əliyev şifahi olaraq bildirdi ki, yayılan məlumatlar əsassızdır və bununla bağlı quruma hər hansısa təklif daxil olmayıb.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla