Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Ananın sağlamlığı qızın sağlamlığına necə təsir edir? - 6 FAKT

Media24.az      9 Yanvar 2017, 18:09

Hər bir qadın gələcəkdə mümkün olan problemlərdən qabaqcadan xəbərdar ola, hətta bu problemlərin qarşısını ala bilər.

 

Media24.Az saglamolun.az-a istinadən xəbər verir ki, bunun üçün qadın anasına sağlamlığı ilə bağlı bir neçə sual verməlidir. Məsələ burasındadır ki, ananın sağlamlığı qızın sağlamlığına böyük təsir edir, anada bəzi xəstəliklərin olması qızı üçün ciddi risk faktoru sayılır.

 

Beləliklə, gələcəkdə mümkün olan sağlamlıq problemlərdən xəbərdar olmaq istəyirsinizsə, ananıza bu sualları verin: 

 

1. Menstrual dövr haqqında

 

Ananızda menstrual dövrlə bağlı problemlər olubsa (ağrılı menstruasiyalar, müntəzəm olmayan menstrual dövr və s.), bu problemlər sizdə də əmələ gələ bilər. Ananıza polikistoz yumurtalıqlar sindromu, endometrioz kimi diaqnozlar qoyulubsa, bu pozulmaların riski sizdə də yüksəkdir.

 

2. Hamiləlik zamanı problemlər haqqında

 

Anada hamiləlik zamanı hestasion diabet (hamilələrin diabeti), yüksək təzyiq, uşaqsalmalar və ya uşaqsalmaların təhlükəsi olubsa, sizi də bu təhlükələr gözləyə bilər. Bu səbəbdən hamiləlik zamanı daim həkimin nəzarətində olun.

 

3. Doğuş haqqında

 

Alimlərin müşahidələrinə görə, anaları asan doğan qadınlar özləri də doğuş zamanı adətən problemlərlə üzləşmir və asan doğur.

 

 

4. Hipertoniya və diabet haqqında

 

Əgər ananızda hipertoniya və diabet cavan yaşlarda inkişaf edibsə, bu, çox ciddi risk faktoru sayılır. Sağlamlığınıza qarşı daim diqqətli olun, vaxtında müayinələrdən keçin, düzgün qidalanın və hərəkətli olur.

 

5. Süd vəzi və yumurtalıqlar xərçəngi haqqında

 

Bu iki xəstəlik ananızda (və ya xalanızda, bibinizdə) 40 yaşa qədər aşkar olunubsa, bu, çox ciddi təhlükə sayılır və genlərdə olan müəyyən mutasiyalarla bağlıdır.

 

Ancelina Colini xatırlayın. Məşhur aktrisanın anası və xalası cavan yaşlarda yumurtalıqlar xərçəngindən vəfat edib. Aktrisa genetik müayinələrdən keçdikdən sonra məlum olub ki, onun genlərində də bu xəstəliklə bağlı olan mutasiya var. Risk olduqca yüksək idi və bu səbəbdən Ancelina Coli ikitərəfli mastektomiya (hər iki süd vəzinin xaric olunması) və yumurtalıqların xaric edilməsi əməliyyatlarından keçməli olub.

 

6. Menopauza haqqında

 

Ananızda erkən menopauza olubsa, çox güman ki, bu, sizi də gözləyir. Bu, hamiləliyin planlaşdırmasında böyük rol oynaya bilər. Hamiləliyi sonraya saxlamayın.  

 

Klimaks dövründə ananızın səhhətində problemlər əmələ gəlibsə (depressiya, ürək xəstəlikləri, nevroloji pozulmalar, çəkinin kəskin artması və s.), bu problemlərin riski sizdə yüksəkdir. Profilaktik müayinələr və lazım olduqda müalicə, sizə bu problemləri həll etməyə kömək edəcək.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla