Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Faiqin 19 yaşı, 14 milyardı var - FOTOLAR

Media24.az      9 Yanvar , 00:34
Faiqin 19 yaşı, 14 milyardı var - FOTOLAR

İngiltərənin “Lester” klubunun əvəzedici komandasında çıxış edən Faiq Bolkiahı dünyanın ən zəngin futbolçusu adlandırmaq olar.

 

Yenicag.az xəbər verir ki, 19 yaşlı oyunçu Bruney sultanı Hassanal Bolkiahın qardaşı oğludur.

 

Özü də milyarder oğlu olan, ABŞ-ın Los-Anceles şəhərində dünyaya gələn Faiqin sərvətinin 14 milyard təşkil etdiyi bildirilir.

 

O, futbola “AFC Newbury'” klubunda başlayıb. 2009-cu ildə “Sauthempton”a üz tutub.

 

2013-cü ildə isə “Arsenal”ın heyətində “Lion City Cup” turnirində çıxış edib. Turnirdən sonra “Çelsi”dən 2 illik təklif alan Faiq, bunu rədd edərək “Lester”lə 3 illik sözləşmə imzalayıb.

 

“FourFourTwo” nəşrinə müsahibə verən gənc futbolçu maraqlı məqamlardan söz açıb. O, ailəsinin daima yanında olduğunu bildirməklə yanaşı, xəyallarını gerçəkləşdirmək yolunda onlardan dəstək aldığını bildirib.

 

Gənc futbolçu atası Cefrinin 2300 avtomobilə sahib olduğunu söyləyib. Bundan başqa atasının 50 illik yubileyində Maykl Ceksonu dəvət etdiklərini bildirən Faiq, bunun üçün pop kralına 17 milyon avro ödədiklərini açıqlayıb.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla